DOLAR
49,24 ₺
EURO
55,16 ₺
STERLİN
65,23 ₺
ALTIN
2.580,00 ₺
BITCOIN
93.500 ₺
FAİZ
50,00%
Siyasət İqtisadiyyat Ölkə içi Dünya Sport Maraq Müsahibə Təhlil
Menü
Dil
Русский Azerbaycan

Ərdoğandan Qətərlə bağlı AÇIQLAMA: “Bir-birimizi aldatmayaq”

"Qətər terrora dəstək verən deyil, əksinə, bölgəmizdə çox ciddi bir böhrana səbəb olan İŞİD-ə qarşı Türkiyə ilə birlikdə mübarizə aparan ölkədir".VOİCEPRESS…

|
Ərdoğandan Qətərlə bağlı AÇIQLAMA: “Bir-birimizi aldatmayaq”

“Qətər terrora dəstək verən deyil, əksinə, bölgəmizdə çox ciddi bir böhrana səbəb olan İŞİD-ə qarşı Türkiyə ilə birlikdə mübarizə aparan ölkədir”.

VOİCEPRESS xəbər verir ki, bunu Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AKP) toplantısında Prezident Rəcəb Tayyib Ərdoğan deyib.

O qeyd edib: “Xahiş edirəm, bir-birimizi aldatmayaq. İftira kampanyaları ilə Qətəri günahkar kimi göstərməyin bölgəyə heç bir faydası yoxdur. PYD və YPG PKK-nın qanadlarıdır. Onlara verilən silahların ölkəm üçün təhdid olmadığına kim zəmanət verə bilər?”

R.T.Ərdoğan əlavə edib ki, bu gün Fransa Prezidenti və Qətər Əmiri ilə birlikdə üçtərəfli telekonfrans təşkil ediləcək.

Türkiyə Prezidenti vurğulayıb ki, Səudiyyə Ərəbistanı Kralı Körfəzin lideri olaraq bu işi həll etməlidir.

VOİCEPRESS.AZ

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR