DOLAR
49,13 ₺
EURO
55,26 ₺
STERLİN
65,01 ₺
ALTIN
2.580,00 ₺
BITCOIN
93.500 ₺
FAİZ
50,00%
Siyasət İqtisadiyyat Ölkə içi Dünya Sport Maraq Müsahibə Təhlil
Menü
Dil
Русский Azerbaycan

Ərdoğan Roma Papası ilə Qüdsü müzakirə etdi

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Roma Papası Fransisk arasında telefon danışığı baş tutub.VOİCEPRESS.AZ xəbər verir ki, bu barədə Türkiyə Prezident…

|
Ərdoğan Roma Papası ilə Qüdsü müzakirə etdi

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Roma Papası Fransisk arasında telefon danışığı baş tutub.

VOİCEPRESS.AZ xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyası məlumat yayıb.

Telefon danışığı zamanı Ərdoğan ABŞ Prezidenti Donald Trampın Qüdslə bağlı verdiyi qərarın narahatedici olduğunu Fransiskə çatdırıb.

Ərdoğan regionda sülhün və sabitliyin əsas şərti kimi 1967-ci il sərhədləri çərçivəsində paytaxtı Şərqi Qüds olan Fələstin dövlətinin yaradılmasının olduğunu qeyd edib:

“Qüds müsəlmanlar, xristianlar və yəhudilər üçün müqəddəs şəhərdir. Bu şəhərin statusunun dəyişdirilməsi ilə bağlı hər cür addımdan uzaq durmaq lazımdır. Beynəlxalq birlik bu qərara reakisya verməlidir”.

VOİCEPRESS.AZ

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR