Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Almaniyaya qarşı olduqca sərt çıxış edib. VOİCEPRESS “Hurriyet”ə istinadən xəbər verir ki, o, Abdi İpəkçi İdman Salonunda çıxışı zamanı qonşu ölkənin qeyri-demokrat siyasət yürütdüyünü dilə gətirib.
“Ey Almaniya, sizin demokratiya ilə yaxından uzaqdan əlaqəniz yoxdur. Sizin indiki davranışlarınızın faşistlərinkindən fərqi yoxdur. Bütün beynəlxalq toplantılarda bunları dilə gətirəcəyik. Bunları dünyada rüsvay edəcəyik”.
VOİCEPRESS.AZ