“Toyota” 3,4 milyon avtomobili texniki nasazlıq səbəbindən geri çağırıb
Yaponiyanın “Toyota Motor Corp” şirkəti təhlükəsizlik yastıqlarının qəza zamanı açılmaması ilə bağlı elektron nasazlığı səbəbindən 3,4 milyon avtomobili geri çağırdığını açıqlayıb. VOICEPRESS “TASS” agentliyinə istinadən xəbər verir ki, şirkətin açıqlamasına görə, geri çağırış ABŞ-da olan 2,9 milyon nəqliyyat vasitələrinə şamil edilir. Bunlar “Corolla” (2011-2019-cu illər), “Matrix” (2011-2013-cü illər), “Avalon” (2012-2018-ci illər) və “Avalon Hybrid” (2013-2018-ci illər) modelləridir. Bildirilir ki, bu avtomobillərdə elektrik müdaxiləsinə qarşı kifayət […]