Türkiyə Prezidenti Elazığa səfər edib
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Elazığa səfər edib. VOİCEPRESS-in xəbərinə görə, bu barədə “Hürriyət” qəzeti məlumat yayıb. Bildirilib ki, Türkiyə Prezidenti zəlzələnin baş verdiyi bölgədə vəziyyətlə tanış olacaq. Xatırladaq ki, yanvarın 24-də axşam saatlarında Türkiyənin Elazığ vilayətinin Sivricə rayonunda 6,8 bal gücündə zəlzələ olub. Son olaraq zəlzələ nəticəsində 22 nəfərin öldüyü, 1031 nəfərin yaralandığı açıqlanıb. […]