Qarabağın Şahzadəsi Xurşidbanu Natəvanın şərəfinə İtaliyada yaylıq istehsal edildi
“Qarabağ”, “Xarı bülbül”, “Qarabağ xalçası”, “Qarabağ kilimi”, “Qobustan”, “Azərbaycan Narı” qalstuklarının və yaylıqlarının yaradıcısı, İtaliyanın Andrew’s Ties ticarət markasının Azərbaycandakı rəsmi təmsilçisi Yavər Məmmədov növbəti dəfə özünün möhtəşəm layihəsini – “BANU” kolleksiyasından olan yaylığı ictimaiyyətə təqdim edib. VOİCEPRESS xəbər verir ki, “Banu” kolleksiyasından olan bu yaylıq XIX əsr Azərbaycan xalqının görkəmli şairi, rəssamı, ictimai xadimi, [...]