DOLAR
49,27 ₺
EURO
55,17 ₺
STERLİN
65,31 ₺
ALTIN
2.580,00 ₺
BITCOIN
93.500 ₺
FAİZ
50,00%
Siyasət İqtisadiyyat Ölkə içi Dünya Sport Maraq Müsahibə Təhlil
Menü
Dil
Русский Azerbaycan

Çexiyada zavodda partlayışlar – Xəsarət alanlar var

Çexiyanın şərqində zavodların birində partlayış baş verib.VOİCEPRESS xəbər verir ki, trend-in məlumatına görə, partlayış nəticəsində azı 18 nəfərin xəsarət…

|
Çexiyada zavodda partlayışlar – Xəsarət alanlar var

Çexiyanın şərqində zavodların birində partlayış baş verib.

VOİCEPRESS xəbər verir ki, trend-in məlumatına görə, partlayış nəticəsində azı 18 nəfərin xəsarət aldığı bildirilir.

Polisin verdiyi məlumata görə, ilk partlayış yerli vaxtla saat 11:00-da Poliçka şəhəri yaxınlığında yerləşən zavodun sexlərindən birində baş verib.

Daha sonra ardıcıl olaraq yenə partlayış səsləri eşidildiyi barədə məlumat var. Hazırda ərazidə xilasedicilər işləsələr də, partlayış yerinə yaxın düşə bilmirlər. Partlayışın səbəbləri məlum deyil.

Regional Xilasetmə Xidmətinin rəhbəri Pavel Svobodanın yerli KİV-ə verdiyi məlumata görə, 3 nəfər xilasedici də xəsarət alıb.

Sakinlərə hadisə yerinə yaxınlaşmamaq barədə xəbərdarlıq edilib.

VOİCEPRESS.AZ

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR