Bunu “Bloomberg” nəşri yazıb.
Nəşr qeyd edir ki, OPEC neft bazarına nəzarəti itirib: “OPEC ölkələri ümumi məqsəd və strategiya hazırlayarkən ABŞ, Rusiya və Səudiyyə Ərəbistanı qlobal neft tədarükü sahəsində dominantlıq edirlər. Bu üç ölkə OPEC-ə üzv olan digər 15 ölkənin ümumilikdəki neft hasilatından çox neft istehsal edir”.
Nəşr xatırladır ki, neftin qiymətlərinin tədricən ucuzlaşması fonunda Səudiyyə Ərəbistanı gələn ay ixracı günə 500 min barel azaldacağını bəyan edərək, neft üzrə tərəfdaşlarına xəbərdarlıq etdi ki, onlar gündəlik hasilatı bir milyon barel azaltsınlar. Bu isə Tramp və Putinin sərt reaksiyasına səbəb oldu.
VOİCEPRESS.AZ