DOLAR
49,11 ₺
EURO
55,48 ₺
STERLİN
65,08 ₺
ALTIN
2.580,00 ₺
BITCOIN
93.500 ₺
FAİZ
50,00%
Siyasət İqtisadiyyat Ölkə içi Dünya Sport Maraq Müsahibə Təhlil
Menü
Dil
Русский Azerbaycan

Bakının etirazı: Rusiya MN “xəritə”ni bərpa etdi – Foto

Rusiya Müdafiə Nazirliyi Qarabağda həyata keçirilən sülhməramlı missiyasının 14 dekabra olan yeni xəritəsini açıqlayıb. VOİCEPRESS xəbər verir ki, yeni xəritə…

|
Bakının etirazı: Rusiya MN “xəritə”ni bərpa etdi – Foto

Rusiya Müdafiə Nazirliyi Qarabağda həyata keçirilən sülhməramlı missiyasının 14 dekabra olan yeni xəritəsini açıqlayıb.

VOİCEPRESS xəbər verir ki, yeni xəritə Rusiya Müdafiı Nazirliyinin sülhməramlı missiya ilə bağlı yaradılmış bölməsində yerləşdirilib.

Yeni xəritədə Xocavənd rayonunun Köhnə Tağlar və Çaylaqqala kəndinin yer aldığı ərazilər çıxarılıb.

Qeyd edək ki, ötən gün Köhnə Tağlar və Çaylaqqala kəndlərində antiterror əməliyyatı keçirən Azərbaycan DTX-sı bu ərazilərə nəzarəti öz üzərinə götürmüşdü. Erməni terrorçularına qarşı aparılan əməliyyatın dayanmasını istəyən Rusiya sülhməramlıları isə sonradan Bəyanatda nəzərdə tutulmamasına baxmayaraq, bu əraziləri də nəzarətə götürməklə bağlı “xəritə yenilənməsi” aparmışdılar. Bu isə haqlı narazılığa səbəb olmuşdu.

Dünən yenilənən və bu gün bərpa edilən “xəritə”ləri təqdim edirik:

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR