DOLAR
49,27 ₺
EURO
55,17 ₺
STERLİN
65,31 ₺
ALTIN
2.580,00 ₺
BITCOIN
93.500 ₺
FAİZ
50,00%
Siyasət İqtisadiyyat Ölkə içi Dünya Sport Maraq Müsahibə Təhlil
Menü
Dil
Русский Azerbaycan

Azərbaycanlı iş adamının restoranı partladılıb – Ukraynada

Ukraynanın Donetsk şəhəri ətrafında azərbaycanlı iş adamına məxsus restoran partladılıb.VOİCEPRESS xəbər verir ki, Donetsk Azərbaycanlıları Konqresindən APA-ya…

|
Azərbaycanlı iş adamının restoranı partladılıb – Ukraynada

Ukraynanın Donetsk şəhəri ətrafında azərbaycanlı iş adamına məxsus restoran partladılıb.

VOİCEPRESS xəbər verir ki, Donetsk Azərbaycanlıları Konqresindən APA-ya verilən məlumata görə, hadisə martın 2-də baş verib. Partlayış nəticəsində restoranın sahibi, əslən Azərbaycanın Zərdab rayonundan olan 60 yaşlı İsmayıl Quliyev yaralanıb.

O, xəstəxanaya yerləşdirilib, müalicə olunur.

Hadisəni törədənlər maskalı olublar, onların kimliyi məlum deyil.

Qeyd edək ki, son vaxtlar Ukraynada azərbaycanlı iş adamlarına və onlara məxsus obyektlərə qarşı hücumlar, adam oğurluqları artıb, 25 azərbaycanlının naməlum şəxslər tərəfindən oğurlandığı bildirilir. Bu faktlarla bağlı Ukrayna Baş Prokuroluğu tərəfindən cinayət işi başlanılıb.

VOİCEPRESS.AZ

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR