DOLAR
49,11 ₺
EURO
55,48 ₺
STERLİN
65,08 ₺
ALTIN
2.580,00 ₺
BITCOIN
93.500 ₺
FAİZ
50,00%
Siyasət İqtisadiyyat Ölkə içi Dünya Sport Maraq Müsahibə Təhlil
Menü
Dil
Русский Azerbaycan

Azərbaycanın xarici və daxili borcalmaları ilə bağlı qaydalar DƏYİŞİR

Azərbaycanın xarici və daxili borcalmaları ilə bağlı qayda dəyişdirilir.VOİCEPRESS.AZ-ın məlumatına görə, bununla bağlı “Dövlət borcu haqqında” qanuna…

|
Azərbaycanın xarici  və daxili borcalmaları ilə bağlı qaydalar DƏYİŞİR

Azərbaycanın xarici və daxili borcalmaları ilə bağlı qayda dəyişdirilir.

VOİCEPRESS.AZ-ın məlumatına görə, bununla bağlı “Dövlət borcu haqqında” qanuna dəyişiklik edilir.

Dəyişikliyə görə, qanunun 9-cu maddəsinin (Daxili dövlət borcalmaları) 9.1.3-cü bəndi və 10-cu maddəsinin (Xarici dövlət borcalmaları) 10.1.3-cü bəndləri ləğv edilir.

“Dövlət borcu haqqında” qanunun 9-cu maddəsinin (Daxili dövlət borcalmaları) 9.1.3-cü bəndində göstərilib ki, Azərbaycan Respublikasının rezidentləri ilə bağlanmış müqavilələr üzrə dövlət zəmanəti ilə borc alına bilər.

Sənədin 10-cu maddəsinin (Xarici dövlət borcalmaları) 10.1.3-cü bəndində isə qeyd edilib ki, Azərbaycan Respublikasının qeyri-rezidentləri ilə bağlanmış müqavilələr üzrə dövlət zəmanəti ilə borc alına bilər.

Dəyişiklikdən sonra isə Azərbaycan Respublikasının rezidentləri və qeyri-rezidentləri ilə bağlanmış müqavilələr üzrə dövlət zəmanəti daxili və xarici borc alına bilməyəcək.

Qanun layihəsinə dəyişikliklər Milli Məclisin noyabrın 27-i və 30-da keçiriləcək iclaslarında müzakirə ediləcək.

VOİCEPRESS.AZ

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR