DOLAR
49,13 ₺
EURO
55,26 ₺
STERLİN
65,01 ₺
ALTIN
2.580,00 ₺
BITCOIN
93.500 ₺
FAİZ
50,00%
Siyasət İqtisadiyyat Ölkə içi Dünya Sport Maraq Müsahibə Təhlil
Menü
Dil
Русский Azerbaycan

Azərbaycan nefti ucuzlaşdı

CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti oktyabrın 30-da 77,37 dollar/barel təşkil edib ki, bu da bazar…

|
Azərbaycan nefti ucuzlaşdı

CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti oktyabrın 30-da 77,37 dollar/barel təşkil edib ki, bu da bazar ertəsinə olan göstəricidən 1,22 dollar/barel azdır. VOİCEPRESS.AZ xəbər verir ki, bu barədə “Trend”ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.

FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti oktyabrın 30-da 76,22 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 1,23 dollar/barel azdır.

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti oktyabrın 30-da 73,07 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 1,26 dollar/barel azdır.

Şimal dənizindən hasil edilən “Brent Dated” etalon növlü neftin qiyməti isə oktyabrın 30-da 75,84 dollar/barel təşkil edib. Bu, əvvəlki qiymətdən 2 dollar/barel azdır.

VOİCEPRESS.AZ

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR