DOLAR
49,11 ₺
EURO
55,48 ₺
STERLİN
65,08 ₺
ALTIN
2.580,00 ₺
BITCOIN
93.500 ₺
FAİZ
50,00%
Siyasət İqtisadiyyat Ölkə içi Dünya Sport Maraq Müsahibə Təhlil
Menü
Dil
Русский Azerbaycan

Azərbaycan Kredit Bürosunun cavablandırdığı sorğuların sayı 1 milyonu keçib

"Azərbaycan Kredit Bürosu" MMC (AKB) fəaliyyətə başlayandan bu il oktyabrın 1-nə qədər 1,24 mln.a yaxın sorğunu cavablandırıb. VOİCEPRESS.AZ xəbər verir ki, bu…

|
Azərbaycan Kredit Bürosunun cavablandırdığı sorğuların sayı 1 milyonu keçib

“Azərbaycan Kredit Bürosu” MMC (AKB) fəaliyyətə başlayandan bu il oktyabrın 1-nə qədər 1,24 mln.a yaxın sorğunu cavablandırıb.

VOİCEPRESS.AZ xəbər verir ki, bu barədə şirkətin baş direktoru Elçin Həbibov məlumat verib.

Onun sözlərinə görə, Büro kredit tarixlərinin açıqlanması ilə yanaşı, skorrinq xidməti də göstərir və bu xidmətdən istifadə getdikcə artmaqdadır.

“Hələlik bu xidmət ödənişsiz təqdim olunur. Aylar üzrə skorrinqdən istifadənin ümumi xidmətlərdə payı artır. Ən son bu ilin sentyabr ayında bu nisbət 53% təşkil edib”, – deyə o qeyd edib.

Qeyd edək ki, hazırda AKB 120 təşkilatla məlumat mübadiləsi həyata keçirir. Bura Azərbaycan Mərkəzi Bankı, 30 kommersiya bankı, 14 ləğv prosesində olan bank, 47 bank olmayan kredit təşkilatı, 22 sığorta şirkəti, 3 kommunal xidmət operatoru və 3 mobil operator daxildir.

Xatırladaq ki, AKB bu il yanvarın 15-də yaradılıb. Onun nizamnamə kapitalı 2 mln. manatdır. Büronun səhmdarları hər biri 12,5% payla 8 bank – “Azərbaycan Beynəlxalq Bankı, “Bank Respublika”, “Xalq Bank”, “Kapital Bank”, “Paşa Bank”, “Rabitəbank”, “Unibank” və “Ziraat Bank (Azerbaijan)” ASC-lərdir.

AKB martın 6-dan kredit tarixçələrinin realizasiyasına başlayıb.

VOİCEPRESS.AZ

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR