Avropa məhkəməsinin yekun qərarı ilə bağlı apellyasiya şikayəti də verilə bilməz
Avropa məhkəməsi Ukraynadakı vəziyyətlə əlaqədar Rusiyanın bir sıra şirkətlərinə qarşı tətbiq edilən sanksiyaları tanıyıb.
VOİCEPRESS-in məlumatına görə, bu barədə “Rosneft” şirkətinin Avropa Birliyi Şurasına qarşı qaldırdığı iddianın qərarında bildirilir.
Şirkətin vəkili bildirib ki, Avropa məhkəməsinin yekun qərarı ilə bağlı apellyasiya şikayəti də verilə bilməz.
Ukrayna böhranı başlayandan Avropa Birliyi və ABŞ Rusiyanın bəzi səlahiyyətli şəxslərinə və şirkətlərinə qarşı sanksiya tətbiq edib.
VOİCEPRESS.AZ