DOLAR
49,13 ₺
EURO
55,26 ₺
STERLİN
65,01 ₺
ALTIN
2.580,00 ₺
BITCOIN
93.500 ₺
FAİZ
50,00%
Siyasət İqtisadiyyat Ölkə içi Dünya Sport Maraq Müsahibə Təhlil
Menü
Dil
Русский Azerbaycan

Almaniya şirkəti Türkiyədə avtomobil istehsal edəcək

Almaniyanın nəhəng avtomobil şirkəti “Volkswagen”in direktoru Herbert Diess Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşüb. Görüşdə Manisada qurulması…

|
Almaniya şirkəti Türkiyədə avtomobil istehsal edəcək

Almaniyanın nəhəng avtomobil şirkəti “Volkswagen”in direktoru Herbert Diess Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşüb. Görüşdə Manisada qurulması gözlənilən istehsal müəssisəsi ilə bağlı məsələlər müzakirə edilib.

VOICEPRESS.AZ APA-ya istinadən xəbər verir ki, son dərəcə əhəmiyyət daşıyan bu əməkdaşlıqla bağlı gələn həftə rəsmi və ətraflı məlumat veriləcəyi gözlənir.

Məlumata görə, Herbert Diessin “Volkswagen”in istehsal müəssisəsi yaratmaq üçün Türkiyə və Bolqarıstan ölkələri arasında seçim edəcəyi bildirilsə də, bəzi mənbələr şirkətin artıq Türkiyəyə yatırım edəcəyinə qərarlı olduğunu vurğulayıb.

Qeyd edək ki, Türkiyə 2018-ci ildə “Fiat”, “Renault”, “Ford”, “Hyundai” ve “Toyota” kimi şirkətlərlə əməkdaşlıq edərək, 1,3 milyondan çox yüksək keyfiyyətli mühərrikli nəqliyyat vasitələri istehsal edib.

VOICEPRESS.AZ

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR