DOLAR
50,15 ₺
EURO
56,04 ₺
STERLİN
67,30 ₺
ALTIN
2.580,00 ₺
BITCOIN
93.500 ₺
FAİZ
50,00%
Siyasət İqtisadiyyat Ölkə içi Dünya Müsahibə Təhlil Sport Yazarlar Mədəniyyət YanPress
Menü
Dil
Русский Azerbaycan

Aktyorlar ayağa qalxdı: Səninlə işləmək istəmirik!

Cəfər Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrının kollektivi arasında başlanan qarşıdurma daha da dərinləşir.VOİCEPRESS yenicag.az-a istinadla xəbər…

|
Aktyorlar ayağa qalxdı: Səninlə işləmək istəmirik!

Cəfər Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrının kollektivi arasında başlanan qarşıdurma daha da dərinləşir.

VOİCEPRESS yenicag.az-a istinadla xəbər verir ki, aktyor Əjdər Zeynalovun 29.09.2017 tarixində mətbuata verdiyi müsahibəsində teatrın rəhbəri İftixar Piriyevin əleyhinə söylədiyi fikirlər kollektivi ayağa qaldırıb.

Teatrın yaradıcı heyəti sözügedən məsələ ilə bağlı şikayət məktubu ünvanlayıb. Burada aktyorlar Əjdər Zeynalovla eyni kollektivdə çalışmaq istəmədiklərini bildiriblər: “Cəfər Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrının aktyoru Əjdər Zeynalov müsahibəsində bildirir ki, “…hazırda bizim haqq işimizi dəstəkləyən çoxdur… Əgər İftixar Piriyevi dəstəkləyən tək-tük adam varsa, çoxdan səslərini çıxarmışdılar, yazmışdılar”. Biz – Cəfər Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrının kollektivi göstərilən fikrə münasibətimizi kollektiv şəkildə bildiririk: “Öz iftira və böhtan xarakterli, qərəzli yazıları ilə teatrımızı nüfuzdan salmağa çalışan Əjdər Mehdi oğlu Zeynalov, teatrın rəhbərinin fəaliyyətini bəyənirik! Səninlə bir kollektivdə işləməkdən imtina edirik. Bu gündən etibarən səni sıramızda görmək istəmirik!”.

VOİCEPRESS.AZ

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR