DOLAR
49,24 ₺
EURO
55,16 ₺
STERLİN
65,23 ₺
ALTIN
2.580,00 ₺
BITCOIN
93.500 ₺
FAİZ
50,00%
Siyasət İqtisadiyyat Ölkə içi Dünya Sport Maraq Müsahibə Təhlil
Menü
Dil
Русский Azerbaycan

ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus esmines Yaponiya sahillərində ticarət gəmisi ilə toqquşub

ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus “USS Fitzcerald” esminesi Yaponiya sahillərində ticarət gəmisi ilə toqquşub.VOİCEPRESS CNN-ə istinadla xəbər verir ki, qəza…

|
ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus esmines Yaponiya sahillərində ticarət gəmisi ilə toqquşub

ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus “USS Fitzcerald” esminesi Yaponiya sahillərində ticarət gəmisi ilə toqquşub.

VOİCEPRESS CNN-ə istinadla xəbər verir ki, qəza Yaponiya sahillərindən 56 dəniz mili (103,8 kilometr) məsafədə baş verib.

Birləşmiş Ştatların Hərbi Dəniz Qüvvələrinin komandanlığından verilən məlumatda qəzadan sonra gəminin batmaq təhlükəsinin olmadığı bildirilir. Xəsarət alanların da olduğu hadisədən dərhal sonra Yaponiya Sahil Mühafizəsinin gəmiləri təxliyə işlərinə başlayıblar.

“USS Fitzcerald” esminesinin heyət üzvlərinin sayı 330 nəfərdir. ABŞ hökuməti gəminin müdafiə qabiliyyətinin artırılması üçün bu ilin fevralında 21 milyon dollar dəyərində vəsait xərcləmişdi.

VOİCEPRESS.AZ

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR