Ərdoğandan Finlandiya və İsveçə sərt reaksiya: “Biz hə deməyəcəyik”

18 May, 14:48

AK Partiya Qrup Toplantısında çıxış edən Türkiyə Prezident Ərdoğan NATO-ya müraciət edən Finlandiya və İsveçi terrora dəstək verdikləri üçün tənqid edib.

 Voicepress.az NTV Haber-ə istinadən xəbər verir ki, Türkiyə Prezidneti Rəcəb Tayyib Ərdoğan NATO-ya üzv olmaq istəyən  Finlandiya və İsveçi dəstəkləməyəcəyini bildirib. O, “NATO müttəfiqlərimizdən gözlədiyimiz tək şey Türkiyənin öz sərhədlərini qorumaq səylərini başa düşmələridir. NATO müttəfiqlərimizin bizə qarşı münasibətinə baxmayaraq, biz üzərimizə düşən vəzifələri yerinə yetirməyə davam etdik. Terroru dəstəkləmək və bizdən razılıq gözləmək məntiqsizdir” deyə qeyd edən Ərdoğan:

“NATO-nun genişlənməsi bizim həssaslığımıza edilən hörmət nisbətində bir məna kəsb edir. Bazar ertəsi gəlmək istədilər, boşuna yorulmasınlar dedik. Terror təşkilatları hələ də İsveçdə gəzir. Biz “hə” deməyəcəyik” deyə fikrini tamamlayıb.

\ voicepress.az\