Bu günlərdə Voicepress.az saytının əməkdaşı, Jurnalistlər Birliyinin üzvü, istedadlı jurnalist Cəmilə Çebotarevanın evinden çıxarmaqla tehdit olunduğu məlum olub.
İki az yaşlı körpəsi ilə küçədə qalmanın eşiyində olan jurnalistin səsini görəsən duyan olacaqmı?
Burası Ermənistandaki kimi vatandaş hüquqlarının satıldığı, haqq və ədalətin rüşvətə satıldığı dövlət olmadığını bilərək, səlahiyyətli kəslərin səsimizi duyacağından və ədalətli qərar verəcəyindən əminik.
Cəmilə xanımın bu problemini bir çox media əhli və jurnalistlərimiz “ailə zəmnində bir insident” olaraq qələmə versələr də məsələnin əslində nə qədər dərin olduğunun məğzinə varmayırlar.
Belə ki, Cəmilə xanımın qayınaatası vəfat etdiyində, mərhum bütün varlığını Cəmilənin həyat yoldaşı Çebotarev David Borisoviçə vəsiyyət edir. Amma cənazə evində hərkəs pərişanikən Cəmilənin böyük baldızı Qalina Çebotareva vəsiyyəti dəyişdirərək, həm də varis olan qardaşının imzasını saxtaşdıraraq özünü varis kimi göstərir.
Üzərindən xeyli vaxt keçdiktən sonra təsadüf nəticəsində Cəmilənin həyat yoldaşı Çebotarev David Borisoviç məsələdən xəbərdar olur və o anda məhkəməyə müraciət edərək, imzasının saxtalaşdırılaraq əldə edilən vəsiyyət qərarının ləğvinə nail olur, yəni hüquqi baxımdan sənədin saxtalaşdırıldığını sübuta yetirmiş olur.
Məhkəmənin adil qərarı ilə vəsiyyət üzərindəki haqq bərp olunsa da, sənədi saxtalaşdıran şəxs hüquq pozuntusuna səbəb olsa da, başqa birinin əvəzinə imza atmağın əslində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 320 inci maddəsinin bir sıra bəndlərini birbaşa pozduğu halda məsuliyyətə cəlb olunmayıb.
Ardından Cəmilənin həyat yoldaşı vəziyyətdə göstərilməsə də, o ona qalan mal-mülkü bacıları ilə də paylaşıb. Belə ki, iki bacısına da ev alıb. Amma Cəmilə xanımın baldızları məsələnin belə həllindən məmnun qalmayıb.
Hazırda sözü gedən xanımların hər birinin öz evi olsa da, evlərini kirayə verib, (400 Azn bəzi saytlarda isə evin 250 ABŞ dolları məbləğində kirayə verildiyi qeyd olunur.) yenidən qardaşının qaldığı ata evindən pay istəyirlər.
Vaxtaşırı hər iki bacı Natalya ve Qalina Çebotaevalar qardaşları David Çebotarevun evinə hücum edir,David Çebotarevun həyat yoldaşı, jurnalist Cəmilə Çebotareva ve iki azyaşlı uşaqlarına xəsarət yetirir, döydürür, evin əşyalarını qırır, sındırır və dağıdırlar.(https://www.youtube.com/shorts/xud6U7M8xOY)
Jurnaistin ailəsinə qarşı törədilən bütün bu əməllər ayrı ayrılıqda cinayət işidir və hər biri ilə bağlı Azərbaycan Respublikası Cinayət Məcəlləsində gərəkli maddələr üzərə zərər yetirənin azadlıqdan məhrum etməyə qədər məsuliyyətə cəlb olunması gərəkir. Bütün bu cinayət işləri Somalinin hansısa bir diyarında yox, demokratik Azərbaycanın paytaxtı Bakıda yaşandığına nə qədər inanmasaq da, düşünürəm ki, adiyyatı oqranlar bu məsələni diqqətə alacaqlar.
Amma hələ ki, haqq, hüquq və ədalət zərər çəkən jurnalist Cəmilə Çebotareva ve ailə üzvlərinə yox, əksinə zərər yetirənlərin leyhinə qərar sərgiləməklə bir az daha mövcud problemlə bağlı bir sıra cavabsız sual işarələrinə səbəbiyyət verir.
Qeyd etmək gərəkir ki, mal-mülk üstündə vaxtaşırı jurnalist əməkdaşımıza və az yaşlı övladlarına hücum edən, xəsarət yetirən Natalya Çebotarevanın sevgilisi Sparinov Ruslanın yaxın qohumunun Bakıda xarici ölkələrin təmsil olunduğu, səfirliklərin birinin (hansı səfirlik olduğu hələ ki, dəqiqləşdirilir) əməkdaşıdır. Redaksiyamıza daxil olan məlumatda isə bildirilir ki, adı çəkilən şəxs səfirlikdə çalışan qohumunun səlahiyyətlərindən istifadə edərək bir çox məqamların üzərini qapatmağa müvəffəq olur.
Jurnalist Cəmilə Çebotareva Daxili İşlər Nazirliyinə müraciət edərək, mövcud durumu nəzarətə götürməyi tələb edib. Sözü gedən qurum isə məsələnin araşdırılması üçün müvafiq tədbirləri 2023 ilinin dekabr ayından etibarən başlatsa da, hələ də jurnalist əməkdaşın və uşaqlarının təhlükəsizliyinin təmin olunması yönündə heç bir addım atılmayıb.
Bununla yanaşı yaxın günlərdə, qohumu səfirlikdə çalışan şəxs tərəfindən Sparinov Ruslan ilə bağlı şikayətin geri götürülməsi və barışıq imzalanması üçün də Jurnalist Cəmilə Çebotareva özünün və uşaqlarının canı ilə təhdit olunub.
Üzümüzü tutub, başda Respublikanın Birinci xanımı Mehriban Əliyeva olmaqla, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradovaya, Parlamentin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynovaya, Azərbaycan Respublikasının
İnsan Hüquqları üzrə Müvəkkili Ombudsman Səbinə Əliyevaya müraciət edirik və jurnalist Cəmilə Çebotarevanın və az yaşlı uşaqlarının təhlükəsizliyinin təmin olunması adım atmalarını xahiş edirik.
Qeyd edək ki, məsələ ilə bağlı araşdırmalarımız davam edir. Azərbaycan Ermənistan deyil! Burada hüquq və ədalət var! Bu dövlətdə heç kəs, qanundan üstün deyil! Cinayət törədən hər kəs kimliyindən asılı olmayaraq hüquq qarşısında cəbab verəcəkdir.
VOİCEPRESS