Onun adı ilə bağlı olduqca çox və ağızları açıq buraxacaq qəbildən olan fırıldaq əhvalatları var. İtaliyanın keçmiş prezidenti Benito Mussolinini belə aldatmağı bacaran bu “fərasətli” türk kimdir?
Əsl adı Xalid Keskiner olan bu məşhur türk fırıldaq Türkiyədə “Eyyublu Xalid” kimi məşhurlaşıb. Onun adı ilə bağlı ən heyrətamiz fırıldaq əhvalatlarından biri İstanbulun məşhur səmtlərindən olan Eminönündəki saat qülləsini satmasıdır. Çox yaxşı fransız və rum dilində danışmağı bacaran Eyyublu Xalid haqqında çox maraqlı fırldaq əhvalatları var.
Bu hekayələrdən birinə görə, İstanbulun işğal altındakı son günlərində türk ordusunun şəhərə girməsinə üç-dörd gün qalmış dostu ərəb Abdullahla birlikdə Fəridiyə səmtində bir ev kirayələyib “polis məntəqəsi” açır. O dövrdə sistemdə boşluq olduğu üçün heç kim bu vəziyyətdən şübhələnmir. Eyyublu Xalid polis zabiti, Abdullah isə gözətçi rolunda illərlə əhalini soyub-soğana çevirirlər. Xalid Abdullahı bölgədə yaşayan rumların evlərinə göndərib polis məntəqəsinə çağırıtdırır özü isə əsəbi polis olaraq onları sıxışdırır. Nəzarətxana kimi dekor etdirdikləri arxa otağa salar “gözətçi” Abdullahı onların yanına göndərərmiş. Abdullah da gəlib adamlara polisə bir az pul verib burdan xilas ola biləcəklərini söyləyərmiş.
İki-üç gün içərisində varlı rumları bu fırıldaqla soyub soğana çevirirlər. Türk ordusu şəhərə girməzdən bir gün əvvəl “polis məntəqəsi” qəfil bağlanır.
Başqa maraqlı bir fırıldaq isə Xalidin həbsxanada qaldığı illərə təsadüf edir. 1935-ci ildə Sultan Əhməd Cəza Evində yatarkən həbsxanada kassa oğrusu bir italyan ilə tanış olur. Bu adamla rum dilində ünsiyyət yaradır. Xalidin ağlına Mussolinə məktub yazmaq fikri gəlir və adamın köməyi ilə oturub Mussolinə məktub yazır.
Məktubda yazır: Hörmətli duçe. Mən size çox sevən, fikirlərinizi çox təqdir edən bir türkəm. Sizin müdafiə etdiyiniz fikirləri müdafiə etdiyim üçün İstanbulda həbsxanada yatıram. Köməyə möhtacam”. Məktubun sonunda Mussolindən pul istəyir. Məktubu əl altından poçta yollayır və məktub 15 gün sonra Mussolinə çatır. Təxminən 10 gün sonra İtaliyan baç səfir Türkiyəyə gəlkir vədeyir ki, Sultan Əhməd Cəza Evində yatan bir məhbusla görüşəcək. Polislər təəccüblənir. Çünki o dövrdə Mussolini Türkiyədən Antaliyanı qoparmaq istəyirdi. Xalid Kəskinerin kim olduğunu araşdırırlar və baxırlar ki, adam məşhur saxtakar Eyyublu Xaliddir. Adamın saxtakar olduğunu söyləsələr də baş konsul inanmır. İnadla Xalidlə görüşəcəyini deyir. Məcburiyyət qarşısında qalan baş prokuror onları görüşdürür və elə konsulun yanında Xaliddən soruşur ki, sənin Mussolin ilə necə bir əlaqən var övladım? Xalid başını əyərək etiraf edir ki, pula ehtiyacı olduğu üçün bu yola baş vurub. Vəziyyət aydınlaşdığı zaman konsul yanında gətirdiyi bir çanta pulu Xalidə təslim etmədən geri qayıdır.
Eyyublu Xalidin həbsxaadan çıxandan sonra taleyinin necə olduğu məlum deyil.
Hazırladı:Günel Musa \voicepress.az\