Sosial Tədqiqatlar Mərkəzinin sədri, Millət vəkili Zahid Oruc Azərbaycanda Ailə Nazirliyinin yaradılmasını təklif edib.
Voicepress.az xəbər verir ki, “Azərbaycan ailə modelinin inkişaf strategiyası” adlı konfransda Sosial Tədqiqatlar Mərkəzinin sədri Zahid Oruc qeyd edib ki, televiziya verilişlərində Azərbaycanın ailə dəyərlərinə xas olmayan antisosial ideyaların nümayişi artıb: “Dövlətin ailə strategiyasının hazırlanması üçün Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Ailə Nazirliyinə çevrilməsini istəyərdik”.
Qeyd edək ki, konfransın əsas məqsədi dövlət ailə məsələləri mövzusunda ictimai müzakirələrin təşkili, həmçinin müasir cəmiyyətdə sağlam ailə modelinin, ailə institutunun formalaşmasına yönəlmiş effektiv mexanizmlərin yeni formatlarının müzakirəyə qoyulması olub.
\voicepress.az\








