Azərbaycan və Bolqarıstan dövlətlərı arasında çoxşaxəli əməkdaşlıq

10 May, 15:58

Müstəqil Azərbaycan beynəlxalq münasibətlər  sistemində  öz  yerini  tutaraq         dünya  siyasətinin  formalaşmasında aparıcı yer alan dövlətlərlə qarşılıqlı etimad əsasında əlaqələrini qurub. Əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulan Azərbaycanın xarici siyasət konsepsiyası bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Dövlət başcısının uzaqgörən siyasətinin nəticəsidir ki, Azərbaycanın dünya birliyinə inteqrasiyası sürətlənir, qarşılıqlı etimada əsaslanan əlaqələr dinamik inkişaf edir. Böyük tərəqqi yolu keçən və Zəfər qazanan bütöv Azərbaycan  bütün dünyada hörmət və nüfuza sahib ölkəyə çevrilib. Şərq və Qərbin aparıcı ölkələri ilə münasibətlərin tənzimlənməsi və əməkdaşlıq prinsipi ilə  qarşılıqlı əlaqələrin qurulması dövlətimizin xarici siyasətinin əsas prioritetlərindən biridir. Azərbaycan Prezidenti Cənab İlham Əliyevin Azərbaycana nailiyyətlər qazandıran siyasəti dünya ölkələrində böyük maraqla qarşılanır.  Dövlətimizin beynəlxalq və regional layihələrdə əsas iştirakçı qismində çıxış etməsi bu əlaqələrin yüksək səviyyədə olmasına dəlalət edir. Bu gün Azərbaycanın bir çox dünya ölkələri ilə yanaşı, Bolqarıstanla da əlaqələri uğurlu inkişaf yolundadır. Cənubi Qafqazın lider ölkəsi kimi Azərbaycanla münasibətlərin inkişafına əhəmiyyət verən Bolqarıstan ikitərəfli əlaqələrin yüksək səviyyədə saxlanılmasında maraqlıdır. Hər iki dövləti ənənəvi dostluq, anlaşma və qarşılıqlı etimada əsaslanan əlaqələr birləşdirir. Ərazi bütövlüyünü və suverenliyini təmin etmiş Azərbaycanla  Bolqarıstan arasındakı əməkdaşlıq münasibətləri daha da genişlənir və inkişaf edir. İki ölkə arasında iqtisadi, ticarət və investisiya sahələrində əməkdaşlıq davamlı olaraq həyata kecirilir. Çoxşaxəli  əməkdaşlığı artırmaq məqsədilə görülən islər nəticəsini verir.

Mayın 8-də Bolqarıstan Respublikasının Prezidenti Rumen Radevin ölkəmizə rəsmi səfəri qarşılıqlı əlaqələrin davamlı olduğunun göstəricisidir. Dövlətlərarası yüksək səviyyədə siyasi dialoqun mövcudlugu təkcə Azərbaycan və Bolqarıstanın deyil, həmçinin Qafqaz və Qara dəniz hövzəsinin də iqtisadi firavanlığının təmin olunmasına yaxşı zəmin yaradır. Səfər çərçivəsində ikitərəfli münasibətlər, mövcud vəziyyət, qarşıda duran çağırışlarin müzakirəsi əlbəttə ki, əlaqələrin daha da dərinləşmsinə istiqamətlənib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Bolqarıstan Respublikasının Prezidenti Rumen Radevin iştirakı ilə Azərbaycan-Bolqarıstan sənədlərinin imzalanması mərasimi, eləcə də hər iki dövlətin prezidentlərinin  “Azərbaycan Respublikası ilə Bolqarıstan Respublikası arasında strateji tərəfdaşlığın gücləndirilməsi haqqında Birgə Bəyannamə”ni imzalamaları gələcək əməkdaşliq ücün yeni imkanlar acir.

İki ölkə arasında diplomatik əlaqələrin yaranma tarixindən ötən dövr ərizində dövlət başçılarının qarşılıqlı səfərləri bu əlaqələrin dərinləşməsində əhəmiyyətli rol oynayır. Səfərlər çərçivəsində Azərbaycan və Bolqarıstan arasında birgə Bəyannamə, Şəki və Qalerovo arasında qardaşlaşmış şəhər nümayəndəliyinin yaradılması haqqında birgə Bəyannamə, dövlətlərarası səhiyyə və tibb elmi sahəsində saziş və s. imzalanmışdı. 2015-ci ildə Bolqarıstanla Azərbaycan arasında strateji tərəfdaşlıq haqqında Birgə Bəyannamə isə ölkələrarası əlaqələrin yüksək mərhələyə qalxmasına səbəb olub.

Azərbaycan və Bolqarıstanın əməkdaşlığı, iki ölkə arasındakı dostluq və qardaşlıq münasibətlərinin daha da güclənməsinə və bölgədə mövqelərinin artmasına kömək edir.  Azərbaycan və Bolqarıstan arasında daşımalar, nəqliyyat dəhlizinin yaradılması ilə bağlı potensial mövcuddur.  Azərbaycan Bolqarıstan üçün enerji sahəsində mühüm, həlledici tərəfdaşa çevrilib və  qaz təchizatının şaxələndirilməsində vacib rol oynayır.

Azərbaycan  regionda öz liderlik rolunu inkişaf etdirməklə yaşıl enerji, ətraf mühitin qorunması sahəsində ugurlu layihələrin təşəbbüskarıdır.  Məlumdur ki, Avropa İttifaqı ilə Azərbaycan arasında enerji sahəsində strateji tərəfdaşlıq haqqında Memorandum imzalanmışdır. Yeni və çoxşaxəli qaz nəqliyyat infrastrukturu bir çox ölkələri təbii qazla təmin edilməsinə imkan yaratmış olur.  Prezident İlham Əliyevin mətbuata bəyanatında bildirdiyi kimi “Azərbaycan qazının Bolqarıstana ixracı ildən-ilə artmaqdadır”. Ötən il  1 milyard 250 milyon kubmetr Azərbaycan qazı Bolqarıstan bazarına nəql edilib.  2022-ci ildə isə bu rəqəm cəmi 600 milyon təşkil edirdi. Strateji layihə olan Yunanıstan-Bolqarıstan Qaz İnterkonnektoru həm Bolqarıstan, həm də Şərqi Avropa üçün çox mühüm layihədir. Bu interkonnektor ilk dəfə olaraq, Bolqarıstanın Azərbaycandan təbii qaz almasına imkan verir. Avropanın enerji xəritəsini dəyişdirəcək bu layihə təkcə iki ölkə arasında deyil, bütün regionda iqtisadi əməkdaşlığı inkişaf etdirməyə yeni imkanlar yaradıb.

Azərbaycanın Bolqarıstan üçün enerji sahəsində mühüm, həlledici tərəfdaşa çevrilməsi və qaz təchizatının şaxələndirilməsində vacib rol oynaması da müasir dövrümüzdə dövlərlərarası münüsibətlərdə xüsusi əhəmiyyət daşıyır.  Cənab Prezident çıxışında qeyd etdiyi kimi, Azərbaycan tərəfdaş ölkələrlə, o cümlədən Bolqarıstanla yaşıl enerji kabeli istiqamətində çox fəal iş aparır.  Bir neçə aydan sonra hazır olacaq texniki-iqtisadi əsaslandırmanın işlərin başlanması üçün gözəl zəmin olacağını vurğulayan dövlətimizin başçısı bildirib ki, Azərbaycan Avropa məkanı üçün təkcə neft-qaz təchizatçısı kimi deyil, eyni zamanda, yaşıl enerji təchizatçısı kimi özünü göstərəcək: “Potensial kifayət qədər genişdir və biz bu barədə eyni zamanda ilin sonunda COP29 konfransında da danışacağıq”. Yaşıl enerjinin inkişafı və yaşıl enerjinin dünya bazarlarına çıxışı Azərbaycanın enerji siyasətinin prioritetiləri sırasındadır.

Şərq-Qərb və əks istiqamət üzrə daha böyük həcmdə yüklərin daşınması Azərbaycan  və Bolqarıstan münasibətlərinin daha da gücləndirilməsində mühüm rol oynayır. Prezident Azərbaycanın sərmayəsi sayəsində Bakı-Tbilisi-Qars dəmir yolunun modernləşdirilməsinin bir neçə gün bundan əvvəl tam başa çatdığını diqqətə çəkib. Bu dəmir yolunun ötürmə qabiliyyətinin bir neçə dəfə artırıldığını vurğulayan dövlətimizin başçısının diqqətə catdırdıgı kimi vaxtilə Azərbaycan tərəfindən təşəbbüs kimi irəli sürülmüş bu layihə bu gün imkanları genişləndirilmiş şəkildə Orta Dəhlizin önəmli seqmenti kimi mühüm rol oynayacaq. Həm Şərq-Qərb istiqaməti üzrə və əks istiqamət üzrə daha böyük həcmdə yüklərin daşınması  münasibətlərin daha da gücləndirilməsinə təkan verəcək. Əlbəttə ki, səfər çərçivəsində müxtəlif sahələr üzrə dövlətlərarası mübadilənin gücləndirilməsi nəzərə alınıb. Bütün bu və ya digər məsələlər dövlətlərarası münasibətlərin daha da dərinləşməsinə yeni perspektivlər açacaqdır.

Azərbaycan etibarlı və sınanmış tərəfdaş olaraq Bolqarıstan ilə də bütün sahələr üzrə səmərəli münasibətlərin daha da inkişafina önəm verir.

 

 

          Elxan Quliyev, Əməkdar müəllim