Macarıstanın Baş naziri: “Gələn həftə Ukraynadan daha böyük köç dalğası gözləyirik”

17 Mart, 16:35

Macarıstanın Baş naziri Viktor Orban önümüzdəki həftə Ukraynada daha böyük köç dalğasının olacağını deyib.

 Voicepress.az xəbər verir ki, Macarıstanın Baş naziri Viktor Orban Feysbuk hesabında yayımladığı videoda ölkəsinin Roma və Ukrayna sərhəddinə yaxın sərhəd keçiş məntəqəsini ziyarət etdiyini və  köçkün axınının gələn həftə daha çox olacağını bildirib. Orban, bu məqsədlə sərhəddəki, sərhəd mühafizə güclərini daha da möhkəmləşdiriləcəyini də qeyd edib.

\voicepress.az\