İkinci Dünya Müharibəsi zamanı bütün neylonlar paraşüt, kəndir stehsalına yönləndirildiyi üçün 1940-cı illərdə neylon corab  qıtlığı yaşanırdı. Bu da şarmlı qadınları fərqli axtarışlara yönləndirmişdi.

Qüsursuz ayaqlar üçün qadınlar maraqlı bir formul- ayaq makiyajını kəşf etdilər. Bu məqsədlə də likid corab adlanan boyalar istehsal olunmuşdu.

Daha da real görüntü üçün  corabların arxa hissəsində tikiş izi yaratmaq üçün qara göz qələmindən istifadə edirdilər. Tikiş izinin göz qələmi ilə qüsursuz çəkilməsi üçün burğac sapı və velosiped tutacağından istifadə etməklə bir alət də istehsal olunmuşdu.

\voicepress.az\