Parisdən 800 min insan üçün ümid qapısı açılır…

21 Oktyabr, 21:45

Prof. Dr. Osman VANÇİN / PARİS
21 oktyabr 2025

Fransadan gələn son xəbər minlərlə miqrant üçün sanki bir nəfəs, bir yenidən doğuluş müjdəsidir.

Prezident Emmanuel Makronun dəstəklədiyi yeni qərarla Fransa, 800 min nəfərə oturum və iş icazəsi verməyə hazırlaşır. Hökumətin parlamentə təqdim etdiyi təklif ölkədəki işçi çatışmazlığını aradan qaldırmaqla yanaşı, illərlə qeyri-müəyyənlik içində yaşayan miqrantlara da ikinci bir şans təqdim etməyi hədəfləyir.

Yeni qanun layihəsinə görə, sığınacaq müraciəti rədd edilən şəxslərə ikinci qiymətləndirmə hüququ veriləcək. Bundan əlavə, qeyri-qanuni vəziyyətdə olan miqrantlar yaşadıqları bölgələrin prefekturalarına (vali idarələrinə) müraciət edərək kimlik dosyesi açdırdıqları halda amnistiya (əfv) çərçivəsinə daxil ola biləcəklər.

Lakin bir şərt var: Əfv yalnız məhkumluq arayışı (sabıka) olmayan şəxslər üçün keçərli olacaq.

Bu qərarın başqa mühüm tərəfi isə ailə bütövlüyünə verdiyi dəyərdir. Fransada uşaqları doğulanlar, fransız biri ilə evlənənlər və ailəvi şəkildə ölkəyə gələnlər üçün hüquqi statusun “leqallaşdırılması” planlaşdırılır.

Bəs niyə “800 min nəfər”?

Cavab kifayət qədər aydındır: Fransada 800 min nəfərlik işçi çatışmazlığı mövcuddur. Yeni qanun həm ölkə iqtisadiyyatını canlandırmağı, həm də qeydiyyatsız şəkildə çalışan yüz minlərlə miqrantın əməyini görünən hala gətirməyi hədəfləyir.

Üstünlük Verilən Peşələrin Siyahısı

Qanun layihəsinə əsasən, aşağıdakı sahələrdə çalışan və ya bu sahədə ixtisası olan şəxslər oturum və iş icazəsi almaqda üstünlük əldə edəcəklər:

1. Tikinti ustaları (bütün sahələrdə)

2. Restoran işçiləri – aşpazlar, ofisiantlar, köməkçilər

3. Dönər ustaları

4. TIR və ağır nəqliyyat sürücüləri

5. Avtobus sürücüləri

6. Xəstə baxıcıları

7. Həkimlər

8. Elektrik ustaları

9. Santexniklər

10. Uşaq bağçası baxıcıları

11. Mövsümi işçilər

12. Bərbərlər

13. İdmançılar

14. Universitet məzunu ixtisaslı personal

15. Təmizlik işçiləri

16. Çörək ustaları

17. Qənnadıçılar

18. Kanalizasiya işçiləri

19. Zibil toplayıcıları

20. Qəssablar

21. Mühəndislər

22. Pilotlar

23. Müqaviləli əsgərlər (paralı askerlər)

24. Şüşə təmizləyiciləri

25. Saat ustaları

26. Baytarlar

27. Usta musiqiçilər və musiqi müəllimləri

Bu siyahı göstərir ki, Fransa yalnız yüksək təhsilli insanlara deyil, əməyə əsaslanan peşələrə də dəyər verir. Yəni bu əfv sadəcə “iş” deyil, eyni zamanda “insan əməyinə” əsaslanan bir yenidən qurulma prosesidir.

Fransa tarix boyu miqrant əməyinin hesabına böyüyən bir ölkə olub. Bu gün də oxşar bir yol izləyir. Lakin bu dəfə “qanunsuzluq” yerinə “töhfə”, “yad” yerinə “əməkçi insan” anlayışı önə çıxarılır.

Bəlkə də bu qanun təkcə Fransa üçün deyil, bütövlükdə Avropada miqrasiya anlayışına baxışın dəyişəcəyinin göstəricisidir.

Parisdən yüksələn bu ümid dalğası minlərlə ailənin həyatına yeni bir başlanğıc yaza bilər. Və kim bilir… Bu “əfv” sadəcə hüquqi bir qərar deyil, bəlkə də insanlıq adına vicdanın səsidir.

Fransada fiziki olaraq yaşayan və əfv fərmanına düşmək istəyən şəxslər sənədlərinin rəsmi tərcümələrini hazırlayaraq müraciətlərini edə biləcəklər.

Ümid edirəm ki, bu qanun illərlə kölgədə yaşamağa məhkum edilmiş yüz minlərlə insana layiq olduqları “gün işığını” gətirəcək. Çünki bəzən bir imza sadəcə bir icazə deyil, bir həyat qurtaracaq qədər önəmli ola bilir.

Fransada yeni dövr: Vətəndaşlığa yol açılır…

Fransadan miqrantlar üçün başqa bir xoş xəbər isə budur ki, yeni qərara əsasən, fransız dilini “derdini anlatacaq qədər” bilən şəxslər oturum izni aldıqdan 1 il sonra ikili vətəndaşlıq üçün müraciət edə biləcəklər.

Bu qərar Fransanın təkcə işçi ehtiyacına deyil, eyni zamanda cəmiyyətə uyğunlaşan fərdləri təşviq edən siyasətinə əsaslanır. Yəni artıq dili bilən, çalışan və cəmiyyətə inteqrasiya olunan miqrantlar üçün vətəndaşlığa gedən yol daha açıqdır.

Bununla yanaşı, Fransada uşağı doğulan xarici valideynlər artıq deportasiya edilə bilməyəcəklər. Bu qərar həm uşaqların hüquqlarını qorumağı, həm də ailə birliyini təmin etməyi hədəfləyir.

Vacib xəbərdarlıq: Fransada fiziki olaraq yaşayan şəxslər sənədlərinin rəsmi tərcümələrini yalnız randevu alaraq etdirə bilərlər. Dosye sayı çox olduğundan müraciətlərdə sıxlıq və növbə mövcuddur. Buna görə də hər kəsin sənədlərini vaxtında hazırlaması məsləhətdir.

WhatsApp kontakt: ‪+33 753 94 58 98‬

Fransa tarix boyu əməyin dəyərini bilən bir ölkə olub. Bu gün atılan addımlar da miqrant əməyinə və ictimai töhfəyə verilən önəmin konkret göstəricisidir.

PARİSDƏN SEVGİLƏRLƏ VƏ HƏR KƏSƏ UĞURLAR…

Prof. Dr. Osman VANÇİN
remyfravancin@gmail.com

Paris’ten Umut Rüzgarı: 800 Bin Yeni Hayatın Kapısı Aralanıyor