Mehriban Vəzir : “Türkiyə türkünün kollektiv ağlında rus işğalının qanlı izləri yox kimidir”

17 Mart, 16:49

Türkiyə xalqının Rusiyaya baxışı bir başqadır, daha mülayimdir və bizdən çox fərqlidir. Bu, hətta uzman şərhçilərin mövqeyində belə özünü göstərir. Bu aqressiv dövləti ən yaxşı tanıyanlar belə bizim qədər yaxşı tanımır. Çünkü dərdi dərilərində hiss etməyiblər… Türkiyə türkünün kollektiv ağlında rusla savaşın əsəri var, rus işğalının qanlı izləri yox kimidir…

İran türklərinin də bu aqressiv dövlətə baxışı bizimlə üst-üstə düşmür. Rusiya dəfələrlə Təbrizə kimi işğal etsə də kommunizm uydurmaları şüurlarda öz işini görüb. Həm də bizim tökülən qanımızı, repressiyalarımızı yaşamayıblar. Bir də bu taydakı azadlıqlar özləri ilə müqayisədə şirin gəlir…

Ukrayna məsələsində hər iki tərəf bir qədər rus yanlısı, amerika qınayıcısı kimi görünür. Çünkü Qərbdən az çəkməyiblər… hər bir milli müsibət kollektiv şüurda yer tutur və şəxsi mövqeyə yansıyır…

Lakin son günlərdə mövqelərdə dəyişiklik görürəm. Zelenskini artist, siyasətdən bixəbər sayanlar artıq… onun və Ukrayna xalqının əzmini dəyərləndirməkdədirlər…

İşin arxasında duran min oyundan bəhs edə bilərsiniz… lakin inkar edə bilməzsiniz ki… Rusiyanın yapdığı canavarlıqdır, qatillikdir, hərbi cinayətdir, Ukraynanın yapdığı isə Vətən Müharibəsidir… Milli Müqavimətdir…

Müqaviməti olanlar azad yaşayacaqlar!