Parlamentdə “Büdcə zərfi”nin müzakirəsi davam edir

6 Noyabr, 11:36

Milli Məclisin daha 5 komitəsinin birgə iclasında büdcə müzakirələrinə başlanılıb.

VOİCEPRESS.AZ-ın məlumatına görə, “2019-cu il dövlət büdcəsi haqqında”, “2019-cu il üçün yaşayış minimumu haqqında”, “2019-cu il üçün ehtiyac meyarının həddi haqqında”, “Dövlət Sosial Müdafiə Fondunun 2019-cu il büdcəsi haqqında” qanun layihələri, Milli Məclisin və Hesablama Palatasının növbəti il üçün xərclər smetaları parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə, İctimai birliklər və dini qurumlar, Aqrar siyasət, Təbii ehtiyatlar, energetika və ekologiya komitələrinin birgə keçirilən iclasında müzakirəyə çıxarılıb.

İclasa Milli Məclisin Əmək və sosial siyasət komitəsinin rəhbəri Hadi Rəcəbli sədrlik edir.

İclasda 5 komitənin üzvləri ilə yanaşı, mədəniyyət naziri Əbülfəs Qarayev, Əqli Mülkiyyət Agentliyinin rəhbəri Kamran İmanov və digər rəsmi şəxslər iştirak edirlər.

Qeyd edək ki, büdcə zərfi komitələrdə müzakirə edildikdən sonra layihə parlamentin plenar iclasına çıxarılacaq. Layihə ilə bağlı noyabrın 13-14-15-23-30-da parlamentin plenar iclasları keçiriləcək. Xatırladaq ki, Azərbaycanın 2019-cu il dövlət büdcəsinin gəlirləri 22 917,5 milyon manat, xərcləri 24 780,1 milyon manat proqnozlaşdırılır.

VOİCEPRESS.AZ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here