Azərbaycan diasporu tərəfindən Leninoqorskda iftar məclisi təşkil edilib

24 Mart, 15:29

Rusiya Federasiyasının Tatarıstan Respublikasında fəaliyyət göstərən Azərbaycan diasporu Leninoqorskdakı “İxlas” məscidində martın 22-də xeyriyyə məqsədilə iftar məclisi təşkil edib. “Leninoqorsk şəhəri və Leninoqorsk vilayətinin “Birlik” Azərbaycan Milli-Mədəni Muxtariyyəti” ictimai təşkilatının sədri Ramiz Məmmədovun təşkilatçılığı ilə baş tutan tədbirdə Azərbaycan icmasının, “Tatarıstan” ictimai birliyinin, yerli ictimaiyyətin 200 nəfərdən çox nümayəndəsi iştirak edib. Bunlar Leninoqorsk vilayətində yaşayan Azərbaycan icmasının nümayəndələri, veteranlar, ağsaqqallar, ictimai xadimlər, müsəlmanlardır.

Mübarək Ramazan ayında iftar İslamın bütün qanunlarına uyğun olaraq baş tutub. Axşam namazından əvvəl möminlər ənənəvi olaraq dua edib. Sonra namaz qıldıqdan sonra yeməyə başlayırdılar.

Xatrırladaq  ki, Leninoqorsk vilayətinin Azərbaycan diasporunun rəhbəri Ramiz Məmmədov hər il Ramazan ayında analoji xeyriyyə iftarları təşkil edir, həmçinin aztəminatlı və çoxuşaqlı ailələrə ərzaq paketləri ilə yardım edir.