Sevimli şokolad kremi markası “Nutella”nın yaranma hekayəsindən bəhs edəcəyik bu dəfə.
Hekayəsi, İkinci Dünya Müharibəsi dövrünə gedib çıxan “Nutella” nə vaxt və necə kəşf edildiyini gəlin birlikdə öyrənək.
“Nutella”nın yaradıcı italiyalı qənnadçı Pietro Ferrero olub. O, qənnadı karyerasına 1920-ci illərdə İtaliyada çörəkçi olaraq başlayıb.
Piedmonta köçdükdən sonra Ferrero, doğranmış fındıqdan hazırlanmış qalın, qozlu krem olan gianduja ilə tanış oldu. Lakin o dadlı olsa da yaxmaq çətin idi. Uzun axtarışlardan sonra Ferrero gianduja əsasında tünd şokolad, fındıq və çoxlu şəkərdən ibarət sərt pasta yaratmağa müvəffəq oldu.”Pastone” adlandırdığı məcun çox çətinliklə yaxılmasına baxmayaraq italyan uşaqları və işçiləri arasında məşhurlaşdı.
İkinci Dünya Müharibəsi başlayanda hökumətin əsgərlər üçün şokolad da daxil olmaqla bir çox ərzaq məhsullarını müsadirə etməsi ilə şokalad böhranına səbəb olmuşdu. Şəkərin insanlara verdiyi enerji orduda şokoladın populyarlığını artırmışdı, lakin bu böhran məişət istehlakçılarına mənfi təsir etdi.
Ferrero gianduja ilə əvvəlki təcrübələrinə qayıtdı. Yetərli qədər kakao tapadığı üçün onun əvəzinə fındıqları hamar bir xəmirə çevirərək tərkibinə daha çox şəkər əlavə etdi. lakin, bu qarışıq yayılmaq üçün olduqca sərt idi. Bu zaman Ferrero beynini işə saldı. Kakao çatışmazlığı olsa da kakao yağı mövcud idi və kakao yağı onun axtardığı yumşaqlığın açarı idi.
Ferrero hiss etdi ki, yeni ixtirasının ada ehtiyacı var. Beləliklə o, məhsulunun əsas tərkib hissəsi olan qoza “-ella” şəkilçisi əlavə edir. “Ella” şirin və ya “əziz” kimi də tərcümə oluna bilərdi, ona görə də Ferreronun ağlına yeni məhsuluna Nutella adı vermək qərarına gəlir.
1964-cü ildə “Nutella” Britaniya bazarına çıxarıldı və ingilislər bu məhsula heyran qaldılar. Məhsul tezliklə İngiltərədə məşhurlaşdı. 1965-ci ilə qədər Ferrero məhsulunu Fransada satmaq üçün bəzi cəhdlər etdi və məhsul parislilər arasında müsbət reaksiyalarla populyarlıq qazandı. Sonrakı 10 ildə məhsul bütün Avropada məşhurlaşdı.
ABŞ-ın “Nutella” ilə tanışlığı bir qədər gec oldu. Ferrero şirkəti 1983-cü ilə qədər ABŞ-da “Nutella” satmadı. 1983-cü ildə amerikalılar məhsulun satışında çətinliklərlə üzləşdilər. Məhsul, hər porsiyada olan 21 qram şəkərdən bəhs edilmədən və tərkibindəki yağsız südü vurğulayaraq, sağlam səhər yeməyi əlavəsi kimi satışa çıxarılmağa başladı.
Övladlarına sağlam qida təqdim etdiklərini düşünən valideynlər tərkibindəki şəkəri görəndə çox da sevinməsələr də Amerikada səhər yeməyində şəkərli qidalara üstünlük verildiyi üçün tərkibindəki yüksək şəkərə baxmayaraq nutellanın populyarlığı artdı.
Hazırda Ferrero Şirkətinin baş direktoru, Pietronun nəvəsi Covanni Ferrero dünyanın 40-cı, İtaliyanın isə ən varlı adamıdır.
Günel Musa\voicepress.az\
Mənbə: histori daily