İngiltərənin “Lester” futbol klubunun sabiq baş məşqçisi Klaudio Ranyeri müqaviləsinə vaxtından əvvəl xitam verildiyi üçün əldə etdiyi təzminatın yarısını “Foxes Foundation Charity” xeyriyyə fonduna bağışlayıb.
VOİCEPRESS report-a istinadən xəbər verir ki, 66 yaşlı mütəxəssisin klubdan aldığı kompensasiyanın həcmi 3 milyon funt-sterlinq təşkil edib.
K.Ranyeri xeyriyyə fonduna 1,5 milyon avro ödəyib.
Qeyd edək ki, ötən mövsüm “Lester” italiyalı baş məşqçinin rəhbərliyi altında 133 illik tarixi ərzində ilk dəfə İngiltərə Premyer Liqasının qalibi olub. Klaudio Ranyeri ötən həftə Çempionlar Liqasının 1/8 final mərhələsinin ilk oyununda İspaniyanın “Sevilya” komandasına 1:2 hesablı məğlubiyyətdən sonra istefaya göndərilib.
VOİCEPRESS.AZ