Prezident İlham Əliyev Pakistanda səfərdədir

28 Fevral, 15:03

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İqtisadi Əməkdaşlıq Təşkilatının 13-cü Sammitində iştirak etmək üçün fevralın 28-də Pakistan İslam Respublikasına səfərə gəlib.

VOİCEPRESS bildirir ki, İslamabad şəhərinin Bənazir Bhutto beynəlxalq aeroportunda Prezident İlham Əliyevin şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Dövlətimizin başçısını Pakistanın yüksək səviyyəli rəsmi şəxsləri qarşıladılar.

Sonra toplardan yaylım atəşi açıldı, Azərbaycanın və Pakistanın dövlət himnləri səsləndi.

VOİCEPRESS.AZ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here