Ukrayna Prezidenti Zelenski, beynəlxalq ictimaiyyətə müraciət edib.
Voicepress.az xəbər verir ki, Ukrayna Prezidenti Volodimir Zelenski dünya ictimaiyyətini müharibəni dayandırmağa çağıraraq, Ukraynanın heç vaxt Rusiya Federasiyasının təhlükəsizliyini təhdid etmədiyini bildirib.
Sosial media hesablarında yayımladığı görüntülü mesajda dünyaya səslənən Zelenski, “Ukrayna heç vaxt Rusiya Federasiyasının təhlükəsizliyini təhdid etməyib. İndi də biz hər şeyi edirik ki, sizin torpağınızda deyil, bizim torpaqlarımızda sülh bərqərar olsun”.
Rusiya vətəndaşlarına müraciət edən Zelenski öz dövlətinin siyasətindən iyrənənlərin çox olduğuna əmin olduğunu bildirib və belə davam edib:
“Əminəm ki, bəziləriniz televiziya kanallarınızda gördüklərinizdən bezmisiniz. Təbliğatçılar sizin vergilərinizlə maaş alırlar. Rusiya vətəndaşları getdikcə yoxsullaşır. Hökumətinizin hər gün sizdən daha çox pul tələb etməsi axmaqlıq deyilmi? Səni daha kasıb etmək, dünyadan təcrid etmək, səni idarə etmək və müharibədə ölməyə göndərmək? Ona görə də sülh istəyən Rusiya vətəndaşları oğullarınızı müharibədən xilas edin. Onlara müharibə haqqında həqiqəti söyləyin. Müharibəyə vergilərinizi ödəməmək üçün Rusiyanı tərk edin” deyib.
Rusiyanın müharibəsinin təkcə Ukraynaya qarşı müharibə olmadığına diqqət çəkən Zelenski, çıxışına belə davam etdi:
“Rusiya bununla azadlığa qarşı müharibəyə başlayıb. Ukrayna ərazisi Rusiya üçün sadəcə başlanğıcdır. Rusiya Avropada və dünyada bütün insanların azadlığını əlindən almağa çalışır”
Dünya ictimai rəyinə müraciət edən Zelenski, “Biz hamımız Rusiyanı dayandırmalıyıq, dünya müharibəni dayandırmalıdır. Ukraynaya dəstək üçün çalışan hər kəsə təşəkkür edirəm, amma müharibə davam edir. Mülki insanlara qarşı terror davam edir. Artıq bir aydır. Uzun müddətdir ki, mənim ürəyim, ukraynalıların və dünyadakı bütün azad insanların ürəyi ağrıyır. Ona görə də istəyirəm ki, siz müharibəyə qarşı çıxasınız”.
\voicepress.az\