"Mingəçevir Reqatası-2026" beynəlxalq turnirində Azərbaycan idmançıları növbəti medallarını qazanıb.
Voicepress xəbər verir ki, 2008-2009 təvəllüdlü idmançıların akademik avarçəkmə üzrə 1500 metr məsafəyə 2 nəfərlik qayıqda yürüşündə Azər İlyasov - Isabala Dadaşzadə cütlüyü gümüş medala yiyələnib.
Tunar Məmmədzadə - İsmayıl Şirinov cütlüyü isə bürünc medal qazanıb.
Qeyd edək ki, turnirdə Azərbaycanla yanaşı, Çexiya, Gürcüstan, Macarıstan, Qırğızıstan, Latviya, Litva, Moldova, Tacikistan, Türkiyə, Ukrayna və Özbəkistandan 100-dən çox gənc avarçəkən mübarizə aparır.
"Mingəçevir Reqatası-2026" beynəlxalq turnirində Azərbaycan idmançıları daha iki medal qazanıb.
Voicepress xəbər verir ki, Hüseyn Səmədli (2008-2009 təvəllüdlü) 1 nəfərlik kanoe qayığında 500 metr məsafəyə yarışda bürünc medal qazanıb.
1 nəfərlik kayak qayığında isə Mustafa Vəlizadə (2010-2011) 500 metr məsafəyə yarışda çempion olub.
Qeyd edək ki, turnirdə Azərbaycanla yanaşı, Çexiya, Gürcüstan, Macarıstan, Qırğızıstan, Latviya, Litva, Moldova, Tacikistan, Türkiyə, Ukrayna və Özbəkistandan 100-dən çox gənc avarçəkən mübarizə aparır.
"Mingəçevir Reqatası-2026" beynəlxalq turnirində Azərbaycan növbəti medallarını qazanıb.
Voicepress xəbər verir ki, 2010-2011 təvəllüdlü idmançıların 200 metr məsafəyə 2 nəfərlik kayak qayığında Nizami Kərimov - Maqsud Mantayev cütlüyü üçüncü olub.
2008-2009 təvəllüdlü idmançıların 200 metr məsafəyə 2 nəfərlik kayak qayığında Qiyas Əhmədov - Tengiz Qaqnidze cütlüyü çempion olub. Sabir Ağayev - Mikayıl Vəliyev dueti isə bürünc medal əldə edib.
Xatırladaq ki, Azərbaycan idmançıları yarışın Füzuli və Mingəçevirdə baş tutan ilk iki günündə ümumilikdə 11 medal qazanmışdılar.

Voicepress