DOLAR
49,09 ₺
EURO
55,74 ₺
STERLİN
65,29 ₺
ALTIN
2.580,00 ₺
BITCOIN
93.500 ₺
FAİZ
50,00%
Siyasət İqtisadiyyat Ölkə içi Dünya Sport Maraq Müsahibə Təhlil
Menü
Dil
Русский Azerbaycan

Yağış nə vaxta kimi davam edəcək?

Yağışlı hava şəraiti bu gün axşamadək davam edəcək.Bunu VOİCEPRESS-ə açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya…

|
Yağış nə vaxta kimi davam edəcək?

Yağışlı hava şəraiti bu gün axşamadək davam edəcək.

Bunu VOİCEPRESS-ə açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktor əvəzi Gülşad Məmmədova deyib.

O bildirib ki, əvvəlcədən xəbər verildiyi kimi oktyabr ayının 16-ı gündüz saatlarından başlayaraq 17-i səhərədək ölkə ərazisində hava şəraiti dəyişilib, qeyri-sabit keçib: “Arabir yağış yağıb, bəzən intensiv olub”.

G.Məmmədovanın sözlərinə görə, belə hava şəraiti oktyabrın 17-i axşamadək davam edəcək: “Oktyabrın 18-19-da ölkə ərazisində hava şəraiti gün ərzində nisbətən sabitləşəcək və əsasən yağmursuz keçəcək”.

Mütəxəsssis qeyd edib ki, sabahdan etibarən havanın temperaturu tədricən yüksələcək: “Yəni, temperaturun 2-3 dərəcə qalxma ehtimalı var”.

VOİCEPRESS.AZ

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR