DOLAR
49,09 ₺
EURO
55,74 ₺
STERLİN
65,29 ₺
ALTIN
2.580,00 ₺
BITCOIN
93.500 ₺
FAİZ
50,00%
Siyasət İqtisadiyyat Ölkə içi Dünya Sport Maraq Müsahibə Təhlil
Menü
Dil
Русский Azerbaycan

Xaçmazda qasırğa – Ağac evin üzərinə aşdı, binaların damı uçdu

Ötən gün günorta saatlarından başlayan güclü külək Xaçmaz rayonunda ciddi fəsadlar törədib.VOİCEPRESS ARB Şimal-a istinadən xəbər verir ki, şəhərin Nəriman…

|
Xaçmazda qasırğa – Ağac evin üzərinə aşdı, binaların damı uçdu

Ötən gün günorta saatlarından başlayan güclü külək Xaçmaz rayonunda ciddi fəsadlar törədib.

VOİCEPRESS ARB Şimal-a istinadən xəbər verir ki, şəhərin Nəriman Nərimanov küçəsində yerləşən iki beşmərtəbəli yaşayış binasının damını külək uçurub. Dam örtüyünün hissələri həyətdəki 3 avtomobilin üzərinə düşüb. Hadisə zamanı xəsarət alan olmayıb.

Rayonun Ağtala kəndində külək yarımtikilini və daş hasarı uçurub. Dağılan yarımtikilinin altında qalan iki avtomobilə ciddi ziyan dəyib.

Qıraqlı kəndində isə qovaq ağacı kənd sakini Səlim Hacıyevə məxsus evin üzərinə düşüb. Həmin vaxt ailə üzvləri evdə olsa da, xoşbəxtlikdən xəsarət alan olmayıb. Bununla belə, aşan ağac evin bir hissəsini dağıdaraq, əşyaları yararsız hala salıb.
Güclü külək nəticəsində rayonun elektrik təsərrüfatını da ziyan dəyib. Elektrik enerjisinin verilişində fasilələr yaranıb.

Xaçmaz-Quba və Gəndov-Yalama yolunun Xaçmaz rayonu ərazisindən keçən hissəsində 10-a yaxın ağac qırılaraq yola düşüb.
Hazırda güclü külək əsməkdə davam edir.

VOİCEPRESS.AZ

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR