DOLAR
49,09 ₺
EURO
55,74 ₺
STERLİN
65,29 ₺
ALTIN
2.580,00 ₺
BITCOIN
93.500 ₺
FAİZ
50,00%
Siyasət İqtisadiyyat Ölkə içi Dünya Sport Maraq Müsahibə Təhlil
Menü
Dil
Русский Azerbaycan

Türkiyənin hərbi rəhbərliyi Şuşada

Türkiyənin hərbi rəhbərliyi Şuşada təlimdə sursat və texnikalara baxış keçirib

|
Türkiyənin hərbi rəhbərliyi Şuşada

Türkiyənin müdafiə naziri Yaşar Güler Azərbaycanın ev sahibliyi etdiyi, Türkiyə və Özbəkistanın iştirakı ilə keçirilən “Birliyin Gücü-2026” təliminin “Yüksək Səviyyəli Müşahidəçi Günü”ndə iştirak edir.

Voicepress Türkiyə Milli Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, Yaşar Güler Baş Qərargah rəisi, ordu generalı Səlcuq Bayraktaroğlu, Hərbi Dəniz Qüvvələri komandanı admiral Ercüment Tatlıoğlu, Quru Qoşunları komandanı ordu generalı Metin Tokel və Hərbi Hava Qüvvələri komandanı ordu generalı Rafet Dalkıranla birlikdə Şuşada təlimin keçirildiyi əraziyə gedib.

Yaşar Gülər Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənovla birlikdə təlim ərazisində nümayiş etdirilən və təlim zamanı istifadə olunan silah, sursat və texnikalara da baxış keçirib.

Voicepress

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR