DOLAR
49,13 ₺
EURO
55,26 ₺
STERLİN
65,01 ₺
ALTIN
2.580,00 ₺
BITCOIN
93.500 ₺
FAİZ
50,00%
Siyasət İqtisadiyyat Ölkə içi Dünya Sport Maraq Müsahibə Təhlil
Menü
Dil
Русский Azerbaycan

Vyetnamla Azərbaycan arasında aviareyslər açıla bilər

Vyetnam arzu edir ki, Azərbaycan Vyetnam Dövlət Neft-qaz Şirkətinə ölkədə mövcud olan çox sayda neft-qaz yataqlarının işlənməsi ilə bağlı köməyini davam…

|
Vyetnamla Azərbaycan arasında aviareyslər açıla bilər

Vyetnam arzu edir ki, Azərbaycan Vyetnam Dövlət Neft-qaz Şirkətinə ölkədə mövcud olan çox sayda neft-qaz yataqlarının işlənməsi ilə bağlı köməyini davam etdirsin.

VOİCEPRESS trend-ə istinadən xəbər verir ki, bunu Vyetnam prezidentri Çan Day Kuanq Azərbaycanın energetika naziri Natiq Əliyevlə görüşündə deyib.

Vyetnam prezidenti həmçinin əlavə edib ki, Azərbaycan məhsullarının bu ölkəyə gətirilməsi üçün əlverişli şərait təqdim etməyə hazırdır.

Ç.D.Kuanq bildirib ki, iki ölkə arasında mal dövriyyəsinin artırılması üçün Vyetnam balıq, elektronika və kompüter məhsullarını Azərbaycana ixrac etməyə hazırdır.

Vyetnam prezidenti eyni zamanda, turizm, mədəniyyət, təhsil kimi sahələrdə də əlaqələrin genişləndirilməsinin vacib olduğunu, iki ölkə arasında birbaşa aviareyslərin açılması məsələsinə baxılmasının da lazım olduğunu deyib.

VOİCEPRESS.AZ

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR