DOLAR
49,11 ₺
EURO
55,48 ₺
STERLİN
65,08 ₺
ALTIN
2.580,00 ₺
BITCOIN
93.500 ₺
FAİZ
50,00%
Siyasət İqtisadiyyat Ölkə içi Dünya Sport Maraq Müsahibə Təhlil
Menü
Dil
Русский Azerbaycan

Uyğur qadın dostlarına Qurandan ayələr göndərdiyi üçün 10 il həbs edildi – Çində…

Uyğur qadın dostlarına Qurandan ayələr göndərdiyi üçün 10 il həbs edilib.İddiaya görə ünvanlarını dəyişən uyğurlar Pekin tərəfindən izlənilir və müxtəlif…

|
Uyğur qadın dostlarına Qurandan ayələr göndərdiyi üçün 10 il həbs edildi – Çində…

Uyğur qadın dostlarına Qurandan ayələr göndərdiyi üçün 10 il həbs edilib.
İddiaya görə ünvanlarını dəyişən uyğurlar Pekin tərəfindən izlənilir və müxtəlif bəhanələrlə həbs edilir.
VOICEPRESS xəbər verir ki, onlardan biri də 49 yaşlı evdar qadındır. Şərqi Türküstanda uyğurların “peşən təhsili və ekspertizmə qarşı mübarizə kursu” adı altında “konsentrasiya düşərgələri”nə salınması dünya insan hüquqları fəallarının təpkisinə səbəb olmaqda davam edir. 
Düşərgəyə gətirilənlərin əksəriyyəti ünvanını dəyişmiş uyğurlardır. Onlardan biri də uyğur qadın Ayşəgül Turahundur. 2010-cu ildə Şərqi Türküstanın fərqli bir kəndinə köçən Turahun, 7 il sonra düşərgəyə aparılıb. Turahun düşərgədə olduğu müddətdə Çin təhlükəsizlik bölmələri istintaqa başlayıblar. Onun mobil telefonu vasitəsilə Çin dövləti tərəfindən qadağan olunmuş dini məzmunlu mətnləri dostlarına göndərdiyi aşkar edilib. O, etnik ayrıseçkilik və milli təhlükəsizliyə təhlükə yaratma ittihamlarıyla 10 il azadlıqdan məhrum edilib. 
Bildirilir ki, 49 yaşlı qadının həbs olunmasına onun “Qurani-Kərim”də olan ayə və hədisləri yaxın dostlarına göndərməsi səbəb olub. Çin isə uyğur türklərinin hərəkətini məhdudlaşdırmaq üçün onları nəzarətdə saxlayır. Uyğurların saxlanıldığı yerləri isə konsentrasiya düşərgələri adlandırmağa üstünlük verirlər, amma əslində isə giriş-çıxışın qadağan olunduğu düşərgələrdə Pekin rejiminə uyğun inteqrasiya kursları keçirilir. 

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR