DOLAR
49,09 ₺
EURO
55,74 ₺
STERLİN
65,29 ₺
ALTIN
2.580,00 ₺
BITCOIN
93.500 ₺
FAİZ
50,00%
Siyasət İqtisadiyyat Ölkə içi Dünya Sport Maraq Müsahibə Təhlil
Menü
Dil
Русский Azerbaycan

Uşağa davranış öyrətmək tərbiyəyə səthi yanaşmaqdır

Valideynlər bəzən uşaq tərbiyəsinin müəyyən davranışların öyrədilməsi olduğunu düşünürlər. “Yuxudan durarkən yerini yığ”, “Yedikdən sonra süfrəni yığışdır”…

|
Uşağa davranış öyrətmək tərbiyəyə səthi yanaşmaqdır

Valideynlər bəzən uşaq tərbiyəsinin müəyyən davranışların öyrədilməsi olduğunu düşünürlər. “Yuxudan durarkən yerini yığ”, “Yedikdən sonra süfrəni yığışdır”, “Get dərslərini oxu” tipli davranışları uşaqlarına öyrətməyə çalışarkən onların hər davranışı heç də digəri qədər mənimsəmədiklərini görürlər. Məsələn elə dərs oxumaq… Bu kimi hallarda bütün dediklərinizə əməl edən uşağın dərsini oxumaması normal haldır. Çünki 1, 2, bəzən də 3 saat dərs oxumağa davam edə bilmək iradə tələb edir. Uşağa davranış öyrətmək tərbiyəyə səthi yanaşmaqdır.
Bunun əvəzinə ona iradə aşılasanız hər şeyi kökündən həll etmiş olarsınız. Uşağın səhər yuxudan vaxtında dura bilməməsi də buna misaldır.
Bir çox hallarda da valideynlər təkidlə davranış öyrətməyə davam edərkən uşağın iradəsini qırır, güvən, sevgi duyğusunu zədələyirlər. Valideyn məsələni uşağa izah etmədən, bu davranışın ona nə üçün lazım olduğunu bildirmədən sərt şəkildə tələbkarlıq edirsə məsələ uşaq üçün daha da anlaşılmaz qalır. Bu zaman uşaq valideynlərinin onu nə qədər əzdiyini görüb onlardan soyuyur. Bu cür uşaqlar duyğularını içlərində həbs edir, sevgi hissindən məhrum olurlar. Ən pis halda isə özlərinə güvənəcək başqa dağ axtarırlar.
Bu bir uşağın faciəsidir. Hələ uşaq ikən öz duyğularını gizlətməyə məcbur qalmış bir insan ailə qurduqdan sonra ailəsinə sevgi bəxş edə bilmir. Bu gün ailədaxili problemlərdən ən böyüyü də insanların “sevmək bacarığını” öyrənməmiş olmasıdır.

Psixoloq Nigar Rəhimli

VOİCEPRESS.AZ

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR