DOLAR
49,13 ₺
EURO
55,26 ₺
STERLİN
65,01 ₺
ALTIN
2.580,00 ₺
BITCOIN
93.500 ₺
FAİZ
50,00%
Siyasət İqtisadiyyat Ölkə içi Dünya Sport Maraq Müsahibə Təhlil
Menü
Dil
Русский Azerbaycan

TÜRKPA-ya üzv ölkələr turizmlə bağlı vahid qanun qəbul edə bilər

Oktyabrın 31-də İstanbul şəhərində parlamentarilərin, Türk Mədəniyyəti və İrsi Fondunun vəTürkiyənin YUNESKO üzrə Milli Komissiyasının rəhbərlərinin, eləcə də…

|
TÜRKPA-ya üzv ölkələr turizmlə bağlı vahid qanun qəbul edə bilər

Oktyabrın 31-də İstanbul şəhərində parlamentarilərin, Türk Mədəniyyəti və İrsi Fondunun vəTürkiyənin YUNESKO üzrə Milli Komissiyasının rəhbərlərinin, eləcə də TÜRKPA üzv parlamentlərinin və Türkiyə Mədəniyyət və Turizm Nazirliyinin nümayəndələrinin iştirakı ilə Milli qanunvericiliklərin uyğunlaşdırılmasına dair TÜRKPA-nın 4-cü seminarı keçirilib.

TÜRKPA-nın Hüquq məsələləri və Beynəlxalq əlaqələr komissiyasının Sədri, Türkiyə Böyük Millət Məclisinin (TBMM) üzvü cənab İsmet Uçma, TBMM üzvü, Türkiyənin keçmiş Mədəniyyət və Turizm naziri cənab Nabi Avcı, Türk Mədəniyyəti və İrsi Fondunun Prezidenti Günay Əfəndiyeva, Türkiyənin YUNESKO üzrə Milli Komissiyasının Prezidenti cənab Ocal Oğuz seminarda açılış nitqləri ilə çıxış etmiş və tədbir iştirakçıların müvafiq qurumlar tərəfindən qeyri-maddi mədəni irsin qorunması istiqamətində görülən işlər haqqında məlumatlandırılmasına dair sessiyalarla davam edib.

İştirakçılar Türk dünyası qeyri-maddi mədəni irsinin qorunması və Turizmə dair müvafiq olaraq Türkiyə və Azərbaycan Parlamenti nümayəndələrinin təqdim etdiyi model qanun layihələri ətrafında müzakirələr və fikir mübadiləsi aparılıb.

VOİCEPRESS

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR