DOLAR
49,13 ₺
EURO
55,26 ₺
STERLİN
65,01 ₺
ALTIN
2.580,00 ₺
BITCOIN
93.500 ₺
FAİZ
50,00%
Siyasət İqtisadiyyat Ölkə içi Dünya Sport Maraq Müsahibə Təhlil
Menü
Dil
Русский Azerbaycan

Türkiyəli ixracatçılar Azərbaycana səfər edəcək

Türkiyənin İxracatçılar Assosiasiyasının nümayəndə heyəti 2-6 may tarixlərində Azərbaycana və Gürcüstana səfər edəcəklər.VOİCEPRESS-in məlumatına görə, bunu…

|
Türkiyəli ixracatçılar Azərbaycana səfər edəcək

Türkiyənin İxracatçılar Assosiasiyasının nümayəndə heyəti 2-6 may tarixlərində Azərbaycana və Gürcüstana səfər edəcəklər.

VOİCEPRESS
-in məlumatına görə, bunu Assosiasiyanın rəhbəri Əhməd Həmdi Gürdoğan deyib.

Onun sözlərinə görə, səfər ölkələr arasında iqtisadi əməkdaşlığın inkişaf etdirilməsi məqsədilə reallaşdırılır: “Son illərdə Türkiyənin Azərbaycan və Gürcüstanla ticarət əlaqələri artsa da, bu hələ də istənilən səviyyədə deyil. 2016-cı ildə Türkiyənin şərqi Qara dəniz regionu üzrə ixracatının 13 faizi Gürcüstanın və yalnız 1,7 faizi Azərbaycanın payına düşüb. Bu göstərici regionun real potensialını əks etdirmir”.

Assosiasiyanın rəhbəri bildirib ki, nümayəndə heyətinin səfəri çərçivəsində sahibkarların ikitərəfli görüşləri keçiriləcək.

VOİCEPRESS.AZ

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR