DOLAR
49,13 ₺
EURO
55,26 ₺
STERLİN
65,01 ₺
ALTIN
2.580,00 ₺
BITCOIN
93.500 ₺
FAİZ
50,00%
Siyasət İqtisadiyyat Ölkə içi Dünya Sport Maraq Müsahibə Təhlil
Menü
Dil
Русский Azerbaycan

Türkiyədə azərbaycanlıların da olduğu gəmi batıb, 6 nəfər ölüb

Qara dənizdə azərbaycanlıların da olduğu yük gəmisinin batması nəticəsində ölənlərin sayı 6 nəfərə çatıb. VOİCEPRESS.AZ "Report"-a istinadən xəbər verir ki, bu…

|
Türkiyədə azərbaycanlıların da olduğu gəmi batıb, 6 nəfər ölüb

Qara dənizdə azərbaycanlıların da olduğu yük gəmisinin batması nəticəsində ölənlərin sayı 6 nəfərə çatıb.

VOİCEPRESS.AZ “Report”-a istinadən xəbər verir ki, bu barədə Samsun şəhərinin valisi Osman Kaymak məlumat verib.

Onun sözlərinə görə, heyət üzvlərindən 7 nəfəri xilas edilib.

Ancaq vali ölənlərin kimlikləri və hansı ölkənin vətəndaşları olduğunu açıqlamayıb.

*** 15:15

Türkiyənin Samsun şəhərindən 130 kilometr məsafədə – Qara dənizdə Panama bayrağı ilə üzən yük gəmisi batıb.

VOİCEPRESS.AZ “Report”-a istinadən xəbər verir ki, 13 nəfərlik heyəti olan gəmidə Türkiyə Sahil Mühafizəsi Xidməti tərəfindən xilasetmə əməliyyatı aparılır. Samsun valiliyindən verilən məlumata görə, hazırda 6 nəfər xilas edilib, 2 nəfərin isə öldüyü məlum olub.

Gəmi heyəti arasında 9 nəfər Ukrayna, 2 nəfər Azərbaycan, 2 nəfər də Rusiya vətəndaşının olduğunu bildirən valilik axtarış-xilasetmə əməliyyatına 1 təyyarə, 4 helikopter, 4 gəminin cəlb olunduğunu qeyd edib.

VOİCEPRESS.AZ

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR