DOLAR
49,27 ₺
EURO
55,17 ₺
STERLİN
65,31 ₺
ALTIN
2.580,00 ₺
BITCOIN
93.500 ₺
FAİZ
50,00%
Siyasət İqtisadiyyat Ölkə içi Dünya Sport Maraq Müsahibə Təhlil
Menü
Dil
Русский Azerbaycan

Tramp Obamanı təhqir etdi

ABŞ prezidenti Donald Tramp öz sələfi Barak Obamanı “maymaq” adlandırıb.VOİCEPRESS-in “Tass”a istinadən verdiyi xəbərə görə, prezident bu barədə mesajını öz…

|
Tramp Obamanı təhqir etdi

ABŞ prezidenti Donald Tramp öz sələfi Barak Obamanı “maymaq” adlandırıb.

VOİCEPRESS-in “Tass”a istinadən verdiyi xəbərə görə, prezident bu barədə mesajını öz “Twitter” hesabında paylaşıb.

Tramp deyib ki, Barak Obamanın prezident olduğu səkkiz il ərzində Rusiya ABŞ-ın “üzərinə gedib” və Obama administrasiyası buna icazə verib.

ABŞ prezidenti əlavə edib ki, Obamanın hakimiyyəti illərində Rusiya gücünü artırıb və Krımı öz ərazisinə birləşdirib.

Tramp: “Rusiya səkkiz il ərzində Obamaya “hücum edib”, daha da güclənib, Krımı alıb, raketlərinin sayını artırıb” deyə mesaj paylaşıb. Daha sonra mesaja “maymaq” sözünü əlavə edərək Obamanı xarakterizə edib.

VOİCEPRESS.AZ

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR