DOLAR
49,29 ₺
EURO
55,14 ₺
STERLİN
65,16 ₺
ALTIN
2.580,00 ₺
BITCOIN
93.500 ₺
FAİZ
50,00%
Siyasət İqtisadiyyat Ölkə içi Dünya Sport Maraq Müsahibə Təhlil
Menü
Dil
Русский Azerbaycan

Tramp Ankaraya qarşı təklifi rədd etdi

ABŞ-ın yeni prezidenti Donald Tramp PKK-nın Suriya qanadı sayılan Xalq Qoruma Birlikləri (YPG) terrorçularına silah verilməsi ilə bağlı sələfi Barak Obama…

|
Tramp Ankaraya qarşı təklifi rədd etdi

ABŞ-ın yeni prezidenti Donald Tramp PKK-nın Suriya qanadı sayılan Xalq Qoruma Birlikləri (YPG) terrorçularına silah verilməsi ilə bağlı sələfi Barak Obama tərəfindən irəli sürülən təklifi rədd edib.

VOİCEPRESS publika.az-a istinadən xəbər verir ki, Barak Obama sözügedən təklifi prezident Donald Trampın andiçmə mərasimindən 3 gün öncə keçirilən toplantıda ona təqdim edib. Ancaq həmin toplantıda iştirak edən bir sıra rəsmi şəxslər sözügedən təklifin icra edildiyi təqdirdə ABŞ-Türkiyə münasibətlərinə ciddi xələl gətirəcəyini söyləyiblər.

Barak Obamanın bu təklifi ilə bağlı isə yekun qərar qəbul edilməyib.
Xatırladaq ki, ABŞ-ın keçmiş prezidenti Barak Obama 2017-ci il yanvarın 17-də keçirilən təhvil-təslim mərasimində Suriyanın Rakka şəhərinin İŞİD terrorçularından təmizlənməsi üçün YPG-yə silah-sursat verilməsi ilə bağlı yeni prezident Donald Trampa təklif vermişdi.

VOİCEPRESS.AZ

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR