DOLAR
49,13 ₺
EURO
55,26 ₺
STERLİN
65,01 ₺
ALTIN
2.580,00 ₺
BITCOIN
93.500 ₺
FAİZ
50,00%
Siyasət İqtisadiyyat Ölkə içi Dünya Sport Maraq Müsahibə Təhlil
Menü
Dil
Русский Azerbaycan

Tramp ABŞ hökumətinin işini iflic edib

ABŞ hökuməti maliyyə ayrılmadığı üçün artıq 22 gündür ki, qismən işləmir.VOICEPRESS.AZ xarici KİV-ə istinadən xəbər verir ki, “şatdaun” adını alan bu proses…

|
Tramp ABŞ hökumətinin işini iflic edib

ABŞ hökuməti maliyyə ayrılmadığı üçün artıq 22 gündür ki, qismən işləmir.

VOICEPRESS.AZ xarici KİV-ə istinadən xəbər verir ki, “şatdaun” adını alan bu proses prezidentlə Konqres arasında Meksika sərhədində divarın tikintisi ilə bağlı yaranmış fikir ayrılığından doğur. Proses dekabrın 22-də başlayıb və nə vaxt bitəcəyi bilinmir.

Belə ki, Konqresin Nümayəndələr Palatası divarın tikintisi üçün lazım olan 5,7 milyard dolları ayırmaq istəmir. Nəticədə federal qurumların 25%-i maliyyə almadıqları üçün 800 min işçi maaşsız qalıb.

Buna qədər ölkə tarixində ən uzun “şatdaun” 1995-ci ilin 16 dekabrından 1996-cı ilin 5 yanvarına qədər (21 gün) davam etmişdi.

VOICEPRESS.AZ

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR