Əslində, belə qiymətləndirilmənin aparılması çox vacibdir. Çünki bir tərəfdən, bu strateji yol xəritələrində nəzərdə tutulan fəaliyyətlərin hansı səviyyədə yerinə yetirildiyini müəyyənləşdirməyə imkan verir. Digər tərəfdən isə, fəaliyyətlərin icrasına məsul olan dövlət qurumlarının məsuliyyətini artır. Aydındır ki, heç bir dövlət qurumu digərləri ilə müqayisədə daha aşağı qiymət almaqda maraqlı ola bilməz.
Müsbət haldır ki, monitorinq və qiymətləndirmə obyektiv aparlıb. Bunu icra faizlərini diqqət yetirməklə görmək olar. İcra faizlərinin heç biri şişirdilməyib. Buna görə də, monitorinq və qiymətləndirmənin davam etdirilməsi və ictimaiyyətə təqdim olunması çox vacibdir. Təbii ki, 2017-ci il üçün nəzərdə tutulan fəaliyyətlərin növbəti ilin əvvəlində monitorinqi daha əhəmiyyətli olacaq.
Bu dövlət qurumlarının il əzində nəzərdə tutulan fəaliyyətləri necə icra etməsi barədə aydın təsəvvür yaradacaq. Düşünürəm ki, bu ənənənin digər dövlət proqramları üçün də tətbiq edilməsinə ehtiyac var. Çünki qəbul edilən sənədin necə icra edildiyini onun nəticələrini qiymətləndirmək vasitəsi ilə görmək mümkün olur.
İqtisadçı alim Vüqar Bayramov
VOİCEPRESS.AZ