DOLAR
49,13 ₺
EURO
55,26 ₺
STERLİN
65,01 ₺
ALTIN
2.580,00 ₺
BITCOIN
93.500 ₺
FAİZ
50,00%
Siyasət İqtisadiyyat Ölkə içi Dünya Sport Maraq Müsahibə Təhlil
Menü
Dil
Русский Azerbaycan

SOCAR Gürcüstanda yanacagın qiymətini dəyişəcək?

Son günlər Gürcüstanda avtomobil yanacağının qiymətlərinin azalması müşahidə olunur.VOİCEPRESS bildirir ki, bəzi yanacaqdoldurma məntəqələrində yanacağın…

|
SOCAR Gürcüstanda yanacagın qiymətini dəyişəcək?

Son günlər Gürcüstanda avtomobil yanacağının qiymətlərinin azalması müşahidə olunur.

VOİCEPRESS bildirir ki, bəzi yanacaqdoldurma məntəqələrində yanacağın qiyməti 5-7, bəzilərində isə 10 tetri ucuzlaşıb (1 tetri 0,25 sent).
Bəzi ekspertlər qiymətlərin aşağı düşməsini dünya bazarında neftin qiymətinin dəyişməsi ilə əlaqələndirirlər.
“SOCAR Energy Georgia” MMC-nin baş direktoru Mahir Məmmədov da “Report”un Gürcüstan bürosuna müsahibəsində faktı təsdiqləyib və bunun dünya bazarında neftin qiymətinin dəyişməsi ilə əlaqəli olduğunu bildirib.
“Dünya bazarında, son iki ildə neftin bir barelinin qiyməti 45-55 ABŞ dolları arasında dəyişir. Buna görə də istehlak qiymətlərində də dəyişmə baş verir. Lakin qiymət dəyişikliyi elə də böyük olmur. Gürcüstanda da avtomobil yanacağının qiymətləri müvafiq olaraq 5-10 tetri aşağı düşür və ya qalxır. Çünki ilin əvvəlində Gürcüstan dövlətinin aksiz vergisini qaldırması nəticəsində yanacağın qiymətləri də təqribən 5-10 tetri qiymətində artıb. Ona görə də, bugünkü qiymətlərin azalması ciddi narahatlıq doğurmur”. – deyə o bildirib.

VOİCEPRESS.AZ

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR