Ortada daha çox siyasi motivlər var və bunlar da zaman-zaman Türk lirəsinin məzənnəsinin ücuzlaşmasına səbəb olur. Hesab edirəm ki, ABŞ-da Türkiyə vətəndaşı Rza Zərrabın maliyyə fırıldaqları ilə bağlı başlanan məhkəmə prossesləri də lirənin məzənnəsində baş verən son dəyişikliklərin əsaslarından biri kimi qəbul edilməlidir. İranla bağlı sanksiyaların qüvvədə olduğu dönəmlərdə Türkiyə vətəndaşının Türk bankları vasitəsilə bu sanksiyaların əksinə əməliyyatlar çevirməsi Türkiyənin maliyyə – bank sisteminin imicinə ciddi bir zərbə olacaqdır. Hələlik məhkəmə prossesi gedir, ortata konkret bir qərar yoxdur. Faktlar təsdiqləyən məhkəmə qərarı qəbul edildikdən sonra isə lirənin məzənnəsinin daha da zəifləməsi qaçılmaz olacaqdır. Qardaş ölkə ilə bağlı baş verən bu hadisələr nə qədər arzuolunmaz olsa da fakt faktlığında qalır.
Türkiyə ilə Azərbaycan arasında sıx ticarət əlaqələri mövcuddur. Bu gün Türkiyə Azərbaycanla xarici ticarət dövriyyəsinin həcminə görə bütün başqa ölkələrdən irəlidədir. İki ölkə arasında xarici ticarət dövriyyəsi 2016-cı ildə 2 milyard 314 milyon ABŞ dolları səviyyəsində olub. Həmən ildə ikinci yerdə gedən Rusiya ilə ticarət dövriyyəmizin həcmi 2 milyard 51 milyon ABŞ dollarına təşkil etmişdi. Rəqəmlərdən də göründüyü kimi, başqa ölkələrlə müqaisədə Türkiyə ilə ticari əlaqələrimiz daha genişdir. Bu səbəbdən Türk lirəsinin məzənnəsində baş verə biləcək kəski ücuzlaşmanın bizim milli valyutaya tam təsirsiz ötüşəcəyini demək olmaz.
Sabiq maliyyə naziri Fikrət Yusifov
VOİCEPRESS.AZ