Qazaxda əhalinin tibbi müayinəsi uğurla davam edir
Prezident İlham Əliyevin təşəbbüsü ilə artıq bir neçə ildir ki, ölkəmizdə vətəndaşların pulsuz tibbi müayinəsi həyata keçirilir.VOİCEPRESS xəbər verir ki, respublikamızın hər yerində olduğu kimi, Qazax rayonunda da bu vacib tədbirin mütəşəkkil keçirilməsi məqsədilə hazırlıq işləri aparılıb və tibbi personal bu işə cəlb olunub.Fevral ayının 15-dən start götürən tibbi müayinə hazırda rayonda uğurla davam edir. [...]