DOLAR
49,11 ₺
EURO
55,48 ₺
STERLİN
65,08 ₺
ALTIN
2.580,00 ₺
BITCOIN
93.500 ₺
FAİZ
50,00%
Siyasət İqtisadiyyat Ölkə içi Dünya Sport Maraq Müsahibə Təhlil
Menü
Dil
Русский Azerbaycan

Şimali Kipr parlamentində Azərbaycanla dostluq qrupu yaradıldı

Şimali Kipr Türk Respublikasının (KKTC) qanunverici orqanında Türk dünyası ölkələri ilə dostluq qrupları formalaşdırılıb. “TRT Haber”ə istinadən xəbər verir…

|
Şimali Kipr parlamentində Azərbaycanla dostluq qrupu yaradıldı

Şimali Kipr Türk Respublikasının (KKTC) qanunverici orqanında Türk dünyası ölkələri ilə dostluq qrupları formalaşdırılıb.

“TRT Haber”ə istinadən xəbər verir ki, ölkənin Cümhuriyyət Məclisində ümumilikdə 5 dostluq qrupu yaradılıb.

Bunlar Azərbaycan, Türkmənistan, Özbəkistan, Qazaxıstan və Qırğızıstanla KKTC arasında olan dostluq qruplarıdır. Bu qrupların yaradılması barədə layihə Şimali Kipr parlamenti tərəfindən yekdilliklə qəbul olunub.

Dostluq qruplarında iqtidarla yanaşı, parlamentdə təmsil olunan müxtəlif müxalifət partiyalarının deputatları da yer alacaq.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR